BMW M5

Bundan qabaq istehsal edilən BMW 5-ci seriya cəmi 7.6 milyon satılmışdı.

7-ci nəslin gövdəsində istifadə olunmuş Alüminium və gücləndirilmiş Polad materialı ilə əvvəlki nəsildən 100 kq daha yüngül olub. Buna yeni 7-ci seriya olan G11 banın biraz kiçildilmiş versiyası kimi baxa bilərsiniz. Yenidən dizayn edilmiş Şassi sayəsində ağırlıq mərkəzi daha aşağı salınıb. 5 metrə yaxın olan avtomobilin küləyə davamiyyət səviyyəsi    0.22-dir və bu sinifin ən aşağı nəticəsidir.

Faralar incəlib, lakin əvvəlkinə nisbətən böyükdür. İşıqlı yolda gedərkən istifadə edə biləcəyiniz Adaptiv LED işıq sistemi quraşdırılıb. Ksenondan fərqli olaraq LED faraların ömrü avtomobilin ömrünə bərabərdir. Yəni müddət qoyulmur. Bu isə bu məsələdə onun üstünlüyünü ortaya qoyur. Radiator setkaları havanın temperaturuna görə avtomatik olaraq müəyyən miqdarda açılıb-bağlanır.

Yol parametrlərini ön şüşədə əks etdirən LED sistemi əvvəlkindən 70% böyük əks olunur. BMW Connected Drive funksiyası sayəsində avtomobildə hər zaman internet olacaq. Panelin üstünlüyü odur ki, gözünüzü yoldan ayırmadan sürətinizə, xəritənizə, musiqi pleyerinizə və s. nəzarət edə bilərsiniz.

m5_2.jpg

İndi isə texniki göstəricilər barədə..

  • M5 G-Power - Motor 4.4 Twin-Turbo / V8 / 800 HP / 980 Nm / 0-100 = 2.9 saniyə / maksimal sürət 335 km.h / ötürücü tam / 8 pilləli 2 muftalı robot transmissiya / uzunluq 4966 mm, eni 1903 mm, hündürlük 1469 mm / ağırlıq 1915 kq (Bu gücü almaq üçün ECU xəritəsi dəyişilib, motora yeni çıxış boruları və yeni katalitik çeviricilər əlavə olunub, daha böyük Turbolar və 100 mm eqzoz boruları taxılıb.
  • M5 F90 Competition - Motor 4.4 Twin-Turbo / V8 / 625 HP / 750 Nm / 0-100 = 3.3 saniyə, 0-200 = 10.8 saniyə / maksimal sürət 250* km.h / trasda 7.9 L, şəhər içində 13.7 L / ötürücü tam / 8 pilləli 2 muftalı robot transmissiya / uzunluq 4966 mm, eni 1903 mm, hündürlük 1469 mm / təkər ölçüsü 275/35 R20 və 285/35 R20 /

Ağırlıq 1940 kq /

Baqaj həcmi 530 L /

Yanacaq tutumu 68 L

  • M5 F90 xDrive - Motor 4.4 Twin-Turbo / V8 / 600 HP / 750 Nm / 0-100 = 3.4 saniyə, 0-200 = 11.1 saniyə / maksimal sürət 250* km.h / trasda 7.8 L, şəhər içində 13.5 L / ötürücü tam / 8 pilləli 2 muftalı robot transmissiya / uzunluq 4965 mm, eni 1903 mm, hündürlük 1473 mm /

m5_3.jpg

Təkər ölçüsü 275/35 R20 və 285/35 R20 /

Ağırlıq 1930 kq / baqaj həcmi 530 L /

Yanacaq tutumu 68 L

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0