Avtomobil alarkən onun neçə at gücü olduğu ilə maraqlanırıq.
Avtomobil həvəskarlarını və ümumilikdə bütün sürücülərin maraqlandığı əsas məsələlərdən biri də yanacağa qənaət etməyin yollarıdır.
Təbii ki, avtomobilin istehsalçısı tövsiyyə etdiyi təzyiqdə təkərləri istifadə etmək lazımdır.
Avtomobilin şinlərinin təmizlənməsi təkcə avtomobili gözəl və parlaq etmir.
Zəlzələ vəziyyətində avtomobil idarə edərkən tıxac yarana və ya digər təhlükəli vəziyyətlər yaraba bilər.
Bir çox sürücülər maşını işə salan kimi sürməyə başlayır, bəziləri isə suyun göstəricisinin mavi xətti keçməsini gözləyirlər.
Kabin soyuq olduqda və qızdırıcının fanı yananda isti hava axmır, o zaman sobanın radiatoru tıxanır.
Məlumdur ki, antifriz mənfi temperaturda daxiliyanma mühərriklərini, yanğına qarşı boru kəmərlərini soyutmaq, pəncərə və nəzarət şüşələrinin donması və tərləməsinin qarşısını almaq üçün işlədilən çətindonan mayedir. Antifriz spirt törəməsədir. Soyuducu sistem yay-qış fərq etmədən suya nəzərən daha qoruyucu olan antifriz ilə doldurulmalıdır. Çünki qışda su donaraq genişləndiyi üçün sistemi partladır, yayda isə qaynayaraq mühərriki dağıdır.
Su tökdükdə qışda donma, yayda isə çox isinmədə problemlər yaradır və nəticədə motor sıradan çıxır. Həmçinin pas yaranır ki, tərkibində olan xırda qırıntılar sistemdə dolaşaraq bir müddət sonra tutulmaya səbəb olur. Antifriz isə korroziyanın qarşısını alır və tıxanma yaratmır.
Antifriz G11, G12 və G13 kimi 3 yerə bölünür. G11 tipli antifrizlərin 2 ildən bir, G12 isə 3 ya da 5 ildən bir dəyişmək lazımdır (G12 daha keyfiyyətlidir). Çünki antifrizin üzərində yazıldığı tarixdən etibarən 5 il ömrü olur. Daha sonra isə G12++ və G13 hazırlandı. Bunlar ekoloji təmiz olması ilə seçilir.
Su və antifrizin qarışdırılma nisbəti aşağıdakı cədvəldə göstərilmişdir:
Qorunma temperaturu |
Antifriz (%) |
Su (%) |
-40 |
100 |
0 |
-35 |
90 |
10 |
-27 |
80 |
20 |
-22 |
70 |
30 |
-18 |
60 |
40 |
-13 |
50 |
50 |
-9 |
40 |
60 |
-6 |
35 |
65 |
-4 |
20 |
80 |
-2 |
10 |
90 |