Bir qığılcım şamı benzin daxili yanma mühərrikinin ayrılmaz hissəsidir, onsuz bu cihazın işləməsi sadəcə mümkün deyil. O,
Avtomobil sahibləri arasında, bu gün də, nəyin daha yaxşı olduğu və ön ötürücü arxa ötürücüdən nə ilə fərqləndiyi ilə bağlı
Sürət qutusu — müxtəlif tipli sənaye mexanizmlərinin və transmissiyalarının dişli çarxlardan ibarət avadanlığıdır.
Avtomobil sürməyi öyrənməkdən çox sürücü üçün çətin olduğu deyilən bir məsələ onun park edilməsidir.
Oturacaqların isidilməsi ilk dəfə "Saab" avtomobilinə tətbiq edilib.
Sonradan artıq bir çox digər avtomobillərə də bu metod tətbiq edildi. Oturacaqların isidicisi qızdırıcı elementdən və temperaturun tənzimlənməsi sistemindən ibarətdir.
Oturacaqların isidicisi salondakıların sağlamlığını qoruyur. Temperatur çox aşağı olmayanda da avtomobilin oturacağı gecə boyu (və ya avtomobil müəyyən müddətə işlədilmədikdə) soyuyur. Bu isə, təbii ki, böyrəklər, sidik və cinsiyyət sistemi üçün zərərlidir. Oturacaqların isidicisi sizi bu problemlərdən azad edir.
Oturacaqların isidicisi sağlamlığının qayğısına qalan insanların səhhətini poza bilməz, sağlamlığının qayğısına qalmayanların səhhətini poza bilən amillər isə yetərincədir. Bununla belə, isidici işlədikdə havanı qurudur və oksigeni "udur" ki, bu da salondakıların vaxtından əvvəl yorulmasına və hətta baş ağrısına gətirib çıxara bilər (əgər salona təmiz hava daxil olmursa). Avtomobil oturacaqlarının isidicisinin yaratdığı kəskin temperatur dəyişiklikləri sağlam orqanizm üçün zərərsizdir.
Oturacaqda uzun müddət praktiki olaraq hərəkət etmədən oturmaq çanaqda qanın durğunluğuna gətirib çıxarır, oturaq sinirinə və onurğaya mənfi təsir göstərir, onurğa sütununa ziyan olur. Bu problemlər isə daxili orqanların işində pozuntularla nəticələnir. Yəni problem oturacaq isidicisi ilə əlaqədar yox, daimi oturan sürücülərdə yaranır.
Avtomobil mühərriki – hər hansı bir enerjini avtomobili hərəkətə gətirmək üçün lazım olan mexaniki enerjiyə çevirən mühərrikdir. Avtomobil mühərriki kimi daxili yanma mühərriki, xarici yanma mühərriki (buxar mühərriki və Stirlinq mühərriki), elektrik, əvvəlcədən burulub açılmış çarxın enerjisindən və ya təzyiq altındakı qaz enerjisindən istifadə edən mühərriklər tətbiq oluna bilər.
1. Təmiz hava + benzin qarışığı üstdə sol tərəfdəki kanaldakı klapanın açılmasıyla və porşenin aşağıya doğru hərəkətindən yaranan vakuum təsiriylə silindir içərisinə daxil olur.
2. Silindir içərisinə alınan hava + yanacaq qarışığı porşenin yuxarı hərəkətiylə sıxışdırılaraq həm istiliyi həm də təzyiqi yüksəldilib çox kiçik bir həcmə toplanılır. Bu əsnada hər iki klapan da tam bağlı mövqedə olur.
3. Sıxışdırılan benzin + hava qarışığı klapanların tam ortasında iştirak edən şam (qığılcım çıxaran detal) ilə odlanaraq yanma reallaşır. Avtomobilin hərəkətini təmin edən güc bu anda yaranır.
4. Yanma sonrasında porşen yuxarı geri gələrkən, yanmış artıq qazlar üst sağ tərəfdə iştirak edən emissiya klapanının açılmasıyla çölə atılır. Ardından porşenin aşağıya təkrar gəlməsi əsnasında 1. dövr, yəni əmmə mərhələsi təkrar başlayır.
Benzinlə işləyən daxiliyanma mühərriki də yanacağın hava ilə qarışdırılması prosesi silindrdən kənarda (karbüratorda), yaxud bilavasitə silindrin daxilində (benzin püskürməli mühərrik) baş verə bilər. Müasir avtomobil mühərrikilərində karbürator, demək olar ki, tamamilə injektorlarla əvəz olunur. Benzin mühərriklərində yanacaq alışdırma şamı ilə alışdırılır, dizel mühərriklərində isə forsunkadan silindrə püskürdülən yanacaq orada özbaşına alışır. Əsasən, böyük avtomobillərdə tətbiq olunan dizel mühərriki nisbətən az yanacaq sərf edir, lakin ağır və səs-küylüdür. Elektron idarəetməli dizellərin yeni qida (yanacaq təchizatı) sistemi avtomobillərin səsini, tüstüsünü və s.azaltmağa imkan verir.
Avtomobil mühərriki üçün perspektivli yanacaq növü hidrogendir. Mühərrikində yanacaq kimi hidrogendən istifadə edilən avtomobillər (məs., BMW) atmosferi, demək olar ki, çirkləndirmir. Avtomobil mühərrikinin gücü, fırlanma momenti, həmçinin bunların mühərrikin valının fırlanma tezliyindən asılılığı onu xarakterizə edən əsas göstəricilərdir. Mühərrikin gücü 2,5 kVt-dan (kiçiklitrajlı avtomobil) 800 kVt-a qədər və daha böyük (“Formula–1”) ola bilər. Porşenli daxiliyanma mühərrikin konstruksiyasının təkmilləşdirilməsi onun gücünün artırılması, kütləsinin qabarit ölçülərinin və eyni zamanda yanacaq sərfinin azaldılması istiqamətində aparılır. Yanacağa qənaət etmək üçün bəzi mühərriklərdə ayrı-ayrı silindrlərin işinin dayandırılma imkanı vardır. Alternativ enerji mənbəyi ilə işləyən hibrid avtomobillərdə aparan təkərlərin intiqalı kimi daxiliyanma mühərriki ilə yanaşı elektrik mühərrikindən də istifadə olunur.
Müasir dövrdə nisbətən daha çox avtomat avtomobillərə üstünlük verilir.
Lüks maşınlar sırasında limuzinlər xüsusi yer tutur.