Yenilənmiş Audi A8 2021-ci ilin noyabrında təqdim edilib. Sedan əlavə aşağı bölmə və daha mürəkkəb içlik ilə yeni optika aldı. İndi işıq şüası matris diodları ilə deyil, daşınan mikro güzgülər tərəfindən formalaşır - hər bir fənərdə onların 1,3 milyonu var!
Yeni optika yol şəraitinə uyğunlaşır - dönmələri işıqlandırır, qarşıdan gələn sürücülərin qarşısında işığı azaldır və yolda naviqasiya məsləhətlərini verir.
Audi A8 salonu yeni multimedia MIB3-ə təchiz olunub . Sistem daha bacarıqlı olub, ama ekran və menyu qrafikası dəyişməyib. Lakin qalereyada yeni 10,1 düymlük Full HD displeylər və matris tavan işıqları var.
Güc diapazonunda 3.0 V6 və elektrik mühərrikini birləşdirən 60 TFSI hibrid yeniləndi. Mühəndislər onun hasilatını 449 at gücündən 462 at gücünə qədər artırdılar. Qalan mühərriklər dəyişdirilmədən yenidən tərtib edilmiş sedanlara köçürüldü. Beləliklə, yüklənmiş Audi S8 571 "at" istehsal edən və 3,8 saniyəyə birinci yüzlüyü fəth edən 4.0 V8 TFSI ilə qaldı.
Bütün mühərriklər 48 voltluq starter-generatorla birləşdirilib. Transmissiya baxımından - səkkiz pilləli avtomatik transmissiya və daimi tam ötürücü. Asma artıq standart olaraq pnevmatik elementlərə malikdir və əlavə ödəniş üçün siz aktiv elektromexaniki qaçış və sükan arxa oxu əldə edəcəksiniz.
2016 Mitsubishi Space Star 1.2 İntense CVT
Benzin mühərrikli bu Mitsubishi modeli 80 at gücünə malikdir. Avtomatik ötürücülüdür. Maksimal sürəti 173 km/saatdır. 0-100 sürətlənməsi üçün 12.8 saniyə tələb edir. Fırlanma anı 106 Nm-dır. Baqaj həcmi 175 l, avtomobilin çəkisi isə 865 kq təşkil edir. Təkər ölçüləri: 175/55 R15. Həm sürücü, həm də sərnişin üçün təhlükəsizlik yastıqları mövcuddur.
2016 Nissan Note 1.5 DCİ Platinum
Dizel mühərrikli bu model Mitsubishi modelindən daha çox at gücünə malikdir (90 at gücü). Maksimal sürəti 179 km/saatdır. 0-100 sürətlənməsi üçün 11.9 saniyə tələb edir. Mühərrikdə fırlanma anı 200 Nm-dır. Baqaj həcmi 295 l, avtomobilin çəkisi isə 1129 kq təşkil edir. Təkər ölçüləri: 185/65 R15. Həm sürücü, həm də sərnişin üçün təhlükəsizlik yastıqları mövcuddur.
Mitsubishi Space Star |
Nissan Note |
|
3795 mm |
Uzunluq |
4100 mm |
1665 mm |
Genişlik |
1695 mm |
1505 mm |
Hündürlük |
1530 mm |
Mitsubishi Space Star |
Nissan Note |
|
5.4 litr |
Şəhərdaxili yanacaq sərfiyyatı |
4.2 litr |
4.0 litr |
Şəhərxarici yanacaq sərfiyyatı |
3.2 litr |
35 litr |
Avtomobilin yanacaq tutumu |
41 litr |
Həm marka, həm də avtomobillər kifayət qədər məşhurdur. 5 qaplı SUV modellər dizel mühərriklidir. Daha bir ortaq cəhət onların hər iksinin 6 silindrli olmasıdır. Avtomatik ötürücülü idarəetməyə malikdir və bu modellər 4x4 modellər hesab edilir.
Porsche Cayenne
Mühərrikdə fırlanma anı: 580 Nm
At gücü: 262 HP
0-100 km/saat sürətə yüksəlmək üçün tələb olunan vaxt: 7.3 saniyə
Maksimal sürət: 221 km/saat
Baqaj həcmi: 772 l
BMW X6
Mühərrikdə fırlanma anı: 630 Nm
At gücü: 313 HP
0-100 km/saat sürətə yüksəlmək üçün tələb olunan vaxt: 5.8 saniyə
Maksimal sürət: 240 km/saat
Ağırlıq: 2050 kq
Baqaj həcmi: 550 l
Avtomobillərin ölçülərinə nəzər salaq:
Porsche Cayenne |
BMW X6 |
|
1983 mm |
Uzunluq |
1989 mm |
4918 mm |
Genişlik |
4909 mm |
Bəs avtomobillərin yanacaq sərfiyyatı deyirsinizsə, zavod məlumatlarına əsaslanaraq qeyd edirik:
Porsche Cayenne |
BMW X6 |
|
7.6 litr |
Şəhərdaxili yanacaq sərfiyyatı |
7.0 litr |
6.0 |
Şəhərxarici yanacaq sərfiyyatı |
5.7 litr |
75 litr |
Avtomobilin yanacaq tutumu |
62 litr |
Hər iki avtomobil modelində ABS sistemi, parkinq sistemi, Hill Start Assistant, Təhlükəsizlik kəməri xəbərdarlığı, elektronik idarə edilə bilən oturacaqlar və yan şüşələr, elektronik kondisioner, ön duman işıqları, gündüz LED işıqlara malikdir.
Hər iki marka kifayət qədər tanınır və sevilir. Bu 2 rəqib markanın modellərini müqayisə edirik.
Mercedes-Benz S550 Sedan 2014
Əvvəlcə, avtomobilin fiziki göstəricilərinə nəzər salaq. Çəkisi 2100 kq olan bu modelin hündürlüyü 1491 mm , genişliyi 2131 mm təşkil edir. Ön və arxa təkərlər arasında 3165 mm-dir. Bu məsafənin uzun olması avtomobilin rahat və stabil hərəkətinə imkan veridiy kimi, qısa olması da daha təhlükəsiz bir idarəetməyə imkan verir. Baqaj həcmi 462 litrdir.
6 slindirlidir. Fırlanma anı 700 Nm-dir. 449 at gücünə malikdir.
Telefon və digər cihazlarınızı avtomobillə əlaqələndirmək və informasiya mübadiləsini təmin etmək üçün Bluetooth sistemi mövcuddur. Start/Stop sistemi də avtomobilə xüsusi bir atmosfer qatır. Onun sayəsində avtomobil işıqforun qırmızı işığında və ya tıxacda olarkən motor avtomatik olaraq dayanır və hərəkətə yenidən başladığınızda yenidən işə düşür. Bu sistem yanacaq sərfiyyatının azalmasına kömək edir. USB bağlantısı da var. Bu modelə məxsus adi açarlardan fərqlənən simsiz “ağıllı açar” vardır ki, onun sayəsində avtomobilə yaxınlaşdığınız zaman qapı kilidlərini avtomatik olaraq aça və həmçinin bir düyma vasitəsilə onu avtomatik olaraq işə sala bilərsiniz. Naviqasiya sistemi olmadan olmaz.
GPS sistemi vasitəsilə avtomobil oğurlandıqda və ya digər hallarda onun harada olduğunu asanlıqla öyrənə və izləyə bilərsiniz.
Yanacaq sərfiyyatı hər 100 km üçün şəhərlərarası 10.9 litr təşkil edir. Bu rəqəm şəhər daxilində 16.6 litrə qədər yüksələ bilər. Yanacaq tutumu 83 litrdir.
BMW M6 Gran Coupe 2014
Çəkisi 2009 kq olan bu avtomobilin baqaj həcmi 340 litrdir. Hündürlüyü 1394 mm , genişliyi 1900 mm-dir. Ön və arxa təkərlər arasında məsafə 2694 mm-dir. Bu məsələnin mahiyyəti barədə yuxarıda danışmışıq. Baqaj həcmi 340 l-dir.
Həm slindirlərin sayı, həm də at gücünə görə Mercedes-dən daha yüksəkdir. Bu model 8 slindirlidir və 560 at gücünə malikdir. Fırlanma anı 681 Nm-dir.
Yanacaq sərfiyyatına gəldikdə şəhərxarici hər 100 km üçün 12.8 litr yanacaq sərf edir. Şəhər daxilində isə bu rəqəm 18.8 litrə qədər yüksələ bilir. Yanacaq tutumu da 80 litrdir. Göründüyü kimi bu model Mercedes modelinə nisbətən daha çox yanacaq sərf edir. Əlbəttə ki, yanacaq sərfiyyatını dəqiq demək olmur. Müxtəlif amillərdən asılı olaraq dəyişə bilər.
İSOFİX/LATCH sistemi vardır ki, bu sistem sayəsində uşaqlar sürətli və arahat şəkildə otura bilməsi üçün standart sistemdir. Bu təhlükəsizlik üçün də faydalıdır. Arxa kameralar parkinq zamanı , eləcə də, digər hallarda köməyinizə çatacaq.
Start/Stop sistemi, arxa görmə kamerası, GPS sistemi, USB bağlantısı kimi funksiyalar avtomobilə əlavə funksiya və imkanlar verir.
McLaren Spider & Lamborghini Huracan Spyder ilə müqayisə edərkən qiymətdən başlamaq yaxşı olar: İki avtomobil, biri 675 min avro, digəri 670 min avro.
Bu avtomobillərdəki hər bir parçanın mükəmməlliyi mühəndislikdən daha çox sənətə bənzəyir. McLaren Spider-in oturacaqları çox aşağıdır. Əyləşdiyiniz zaman yarış hissi formalaşır.
Lamborghini Huracan Spyder mühərriki: V10 silindrli 40 klapanlı bir quruluşa malikdir. Mühərrik silindrinin həcmi 5204cc.
Maksimum güc: 449 kVt / 60HP 8250d /
Maksimum fırlanma anı: 560Nm 6500d /
7 pilləli avtomatik ötürmə
Onun çəkisi 1652 kq-dır.
Lamborghini Huracan Spyder 0-100km / saat sürətlənməsi üçün 3.4 saniyə tələb edilir, maksimal sürət isə 324km / saatdır.
İlk dəfə Cenevrə avtosalonunda McLaren Spider-in yaşıl rəngi təqdim edildi. McLaren Spider-in texniki xüsusiyyətləri aşağıdakılardır:
V8 silindrinin silindr həcmi, 32 klapan mühərriki 3799cc.
Maksimum mühərrik gücü: 497kW / 675ps 7100d / d.
Maksimum fırlanma anı: 700Nm 5500-6500 rpm.
7 pilləli avtomatik transmissiya
Ağırlıq : 1368kg
Maksimum sürət: 326km/s
0-100km/s sürət üçün 2,9 saniyə lazımdır.
Peugeot 3008 1.6 BlueHDi Active EAT6 dizel mühərrikli 300 nm və 6 ötürücülü avtomatik transmissiyaya malikdir. 0-100 sürətlənmə üçün 11.6 saniyə tələb edilir. Maksimal sürət 185 km/saat təşkil edir. ABS, EBD sistemləri var. Yanacaq sərfiyyatı 100 km üçün aşağıdakı kimidir:
- Şəhər daxili: 4.7 litr
- Şəhər xarici: 3.9 litr
- Ortalama: 4.2 litr
- Yanacaq tutumu: 53 litr
Boş halda avtomobilin çəkisi 1315 kq-dır. Baqaj həcmi isə 520 kq-dır. Avtomobilin ölçüləri aşağıdakı kimidir:
Uzunluq: 4447 mm
En: 1841 mm
Hündürlük: 1620 mm
Avtomobildə həm sürücü, həm də sərnişinlər üçün hava yastıqları mövcuddur. Texnoloji cəhətdən də avtomobildə tətbiqlər mövcuddur. Sürət məhdudlaşdırıcı sistem, USB girişi, Bluetooth bağlantısı mövcuddur. Elektron sistemli kondisioner, arxa şüşələrin idarə olunması funksiyalarına malikdir.
Mazda CX-5 2.0 Power AT
160 at gücünə malik bu avtomobilin maksimal sürəti 187 km/saatdır. 0-100 sürətlənmə üçün 9.1 saniyə tələb olunur. Benzin mühərriklidir, 6 ötürücülü avtomatik avtomobildir.
Yanacaq sərfiyyatı aşağıdakı kimidir:
- Şəhər daxili: 8.0 litr
- Şəhər xarici: 5.8 litr
- Orta yanacaq sərfiyyatı: 6.6 litr
- Yanacaq tutumu: 58 litr
Avtomobilin çəkisi 1460 kq təşkil edir. Baqaj həcmi 503 litr təşkil edir. Avtomobilin ölçüləri aşağıdakı kimidir:
Uzunluq: 4555 mm
En: 1840 mm
Hündürlük: 1670 mm
Təhlükəsizliyinizi qorumaq üçün sürücü və sərnişinlər üçün hava yastıqları mövcuddur. ABS, EBD sistemləri var. Arxa kamera, USB, Bluetooth bağlantısı, Start/Stop sistemi, Parkinq sensoru mövcuddur. Elektron sistemli kondisioner, arxa şüşələrin idarə olunması funksiyalarına malikdir.