Volkswagen Passat nece maşındır?

40 ildən artıqdır ki Volkswagen brendi eleqant və rahat olan Passat modeli ilə fərqlənir. Həm ailə üçün, həm də yolda çoxlu mil qət edən peşəkar üçün nəzərdə tutulmuş bu avtomobil 30 milyon ədədə yaxın satılmış və dünyanın ən uğurlu avtomobilinə çevrilmişdir. Bu gün Passat dünyanın bir neçə istehsal müəssisələrində istehsal olunur. 

Passat dördqapılı d-sinif sedan avtomobilidir, ölçüləri bunlardır:

Uzunluq - 4775 mm

Genişlik - 1832 mm

Hündürlük - 1483 mm

Təkər bazası - 2786 mm

Maks. sürət - 216 km/saat

100 km/saat sürətlənmə - 8,8 saniyə

Yanacaq sərfiyyatı l/100 km - 5.9 qarışıq / 7.5 şəhər / 5 şosse

Mühərrik növü – Benzin

Mühərrikin tutumu - 1395 sm³.

 
Volkswagen Passat-da Trendline, Impression, Comfortline və Highline kimi 4 fərqli avadanlıq variantı var.

- Trendline paketində: Burada çoxfunksiyalı dəri sükan, yan şüşələrdə xrom qəliblər, LED arxa isıqlar, açarsız işə salma sistemi, uzaqdan mərkəzi kilidləmə və “Composition Color” məlumat-əyləncə sistemi mövcuddur.

- Comfortline paketində: 3 zonalı avtomatik kondisioner sistemi "Climatronic", "Composition Media" məlumat-əyləncə sistemi, 17 düymlük alüminium lehimli disklər, LED arxa işıqlar, bluetooth funksiyası.

- İmpression paketində: 17 düymlük alüminium lehimli disklər, arxa görüntü kamerası "Rear Assist", mobil əlaqə interfeysi "App-Connect" və "Composition Media" məlumat-əyləncə sistemi kimi xüsusiyyətlər var.

- Highline paketində: 18 düymlük alüminium lehimli disklər, işıq diodlu “High” arxa lampalar və LED gündüz işıqları, 14 istiqamətli elektriklə tənzimlənən, "agıllı" ön oturacaqlar, masaj funksiyalı sürücü oturacağ.

İnternetdə bu avtomobil haqqında çoxlu rəylər görə bilərsiniz, çox təriflənir, lakin yüksək qiymət və qəza halında bahalı təmir kimi bəzi çatışmazlıqları qeyd edirlər, ümimilikdə Volkswagen Passat ən tələbkar müştərilərin tələblərini belə ödəyə biləçək əla bir avtomobildir.

Yaşıl Lexus LC

“Inspiration” seriyasından olan modellər kolleksiya avtomobilləri kimi səciyyələndirilir. Bu cür Lexus LC-lər xüsusi dekoru ilə digərlərindən fərqlənirlər.

Porsche 911 və BMW M6

2014 Porsche 911 Carrera S
Bu avtomobilin çəkisi 1394 kq təşkil edir. Eni 1808 mm, hündürlüyü 1295 mm-dir.

7 nəfərlik avtomobillər nə qədər yanacaq sərf edir?

Multijet dizel mühərriki olan bu modelin yanacaq sərfi digər 7 yerlik avtomobil modelləri ilə müqayisədə bir az daha sərfəli görünür.

Silindr sayına görə ən çox gücə malik avtomobillər

Bütün avtomobil mühərrikləri eyni meyarlar üzrə istehsal olunmur.

Range Rover Evoque necə maşındır?

Piyadaların təhlükəsizliyi üçün də hava yastıqlarının mövcudluğu avtomobilin imkanlarını artırır.

Nəslinin Ən Böyük Sensor Ekranı : Fiat Fiorino -da

Ən geniş sensor ekranlı nəqliyyat vasitəsi hansıdır? Ticarət məqsədli nəqliyyat vasitələrində yəniki yük maşınlarında ən geniş sensor ekran hansı markadadır? Ən böyük ekranı olan ən yüngül ticarət displey modeli olan Fiat Fiorino haqqında danışaq.…

Elektriklə işləyən Mercedesin testi : Mercedes – Benz A 250 e EQV

Mersedesin elektrikli modellərinidən hansı T.C -də satışa təqdim edildi? Kompakt sinifdə Mercedes-in hibrid variantları hansılardır?

Abunə ol