BMW şirkəti Yeni BMW X7 modelini təqdim edir.
Bu model unikal genişliyi, rahatçılıqı, cəlbedici, müasir və dəbdəbəli dizaynı ilə diqqət mərkəzinə yönəlir.
Baza komplektasiyasında üçüncü oturacaq sırasının mövcudluğu BMW X7 avtomobilinə, eyni zamanda, avtomobildə 7 nəfərə qədər adam daşımaq imkanı verir. Üçüncü sıradakı iki sərnişin dirsək altısı, stəkan üçün yeri və fərdi mobil qurğuların qoşulması üçün nəzərdə tutulmuş USB taxmaq üçün yeri olan tam ölçülü oturacaqlarda maksimal dərəcədə rahat şəkildə yerləşə biləcəklər. Bütün oturacaqlarda elektron tənzimləmə mövcuddur. Zərurət yarandıqda, onları yığaraq, yük yerini baza həcmi 326 litrdən 2120 litrədək artırmaq olar.
BMW X7 Performance Dizaynı
Avtomobilin dizaynerləri “BMW”nin öz ənənəvi dizaynını saxlayaraq bəzi düzəlişlərlə tam yeni müasir avtomobil yarada bilmişlər. Belə ki, avtomobil üçün yeniliklər qarşıdan radiator barmaqlıqlarının hündürlüyünün artması aşaqı bamperində hava toplayıcıları uzunsov lazerli işıq fənərləri ilə X-seriyasına yenilik gətirmişdir. BMW X7 nin böyük ölçülərinə baxmayaraq zərif və çox dinamik görünür. Bu Avtomobildə xətlərin dinamikliyi və onların avtomobilin irəliliyə doğru hərəkət etməsini göstərməsidir.
BMW Group baş dizayner Adrian van Xoydonk belə deir: "BMW X7 iPerformance konsepti sadə dillə desək, inanılmaz dəqiq detalları və formasına görə dəbdəbə və müasirlik təəssuratı bağışlayır."
BMW X7 İnteryeri
Artıq sensorlu rahat açılan qapıları açdıqda, interyer ilə bağlı hər şey bəlli olur. “BMW X7” interyerində artıq hər tərəfli yeni standartlar tədbiq edir. Sərnişinləri emosional işıqlı geniş bir mühüt qarşılayır. Beləki böyük pencərələr qabaq şüşədən arxa şüşəyədək uzanan ponarama. "Y" hərfli tam eksklyuziv şüşəli tavan, hava qaraldıqda tavanda olan işıqlı xətlər sizə genişlik rahatçılıq bəxş edəcək.
BMW X7 iPerformance rabitə və rəqəmsal texnologiyalar
BMW X7 konsepti gələcəyə baxış, rabitə və rəqəmsal texnologiyalar sahəsində yeni standartlar tətbiq edir. BMW X7 modelində artıq sərnişinlər innovasion monitordan kənarda qalan deyillər. Artıq sərnişinlər də monitordan istifadə edə biləcəklər. Monitor vasitəsi ilə istər avtomobildə olan sərnişinlər istərsə də avtomobildən kənarda olanlarla əlaqə yarada biləcək. Bundan əlavə monitorda GPS və s. kimi sistem məlumatlarını idarə edə, videoya baxa, eləcə də öz monitorunda olan məlumatları digər sərnişinlərin monitorlarına da göndərə biləcək. Öz ekranında olan məlumatları digər sərnişinin ekranına göndərərkən göndərmə prosesi vizual olaraq avtomobilin qapısında xüsusi işıqlar vasitəsi ilə göstərilir.
BMW X7 Mühərriki
Son zamanların tələbinə uyğun olaraq avtomobil hibrid mühərriklə təchiz ediləcək. Yəni həm elektrik həm də benzin mühərriki bir arada. Bu avtomobilin ekonomik və dinamik olmasını xəbər edir. Hansıki 2 litrli hybrid turbo mühərriklə 326 at gücü və 4.4 litirli V8 445 at güclü mühərrikin istifadə edilməsi gözlənilir.
BMW X7 Texniki göstəriciləri
BMW şirkəti öz konkurentlərinin arasında Flaqman tipli avtomobilinin təqdimatında geciksə də nəticə etibarı ilə ortaya yeni və sözün əsl mənasında konkurentliyə girən bir model ortaya çıxara bilmişdir. BMW X7 23 dyumluq təkərlər, beş metrdən artıq uzunluqu ilə 6 nəfərin rahat əyləşə biləcəyi bir avtomobildir. bu həcimlərinən avtomobilin maksimal sürəti 220km/saat təşkil edir.
Ölçüləri
Uzunu: 5,02 metr
Eni: 2,02 metr
Hündürü: 1,8 metr
Təkərlərin baza ölçüsü: 3.085 metr
Təkərləri: 23 dyum