Bugatti 490 km/saat sürətlə rekord sürət

Sınaq 2019-cu ildə Almaniyada Volkswagen poliqonunda baş verib.

Yol təxminən 5 saat təmizlənərək ideal vəziyyətə gətirilib. Bugatti-nin test-pilotu Andy Wallace “Chiron”u 490,5 km/saatadək sürətləndirə bilib.  Beləliklə, model dünyada ən sürətli seriya avtomobili oldu. TÜV texniki müfəttişliyi bu rekordu qeydiyyata aldı. Buna qədər rekordçu 447 km/saat sürət yığan hiperkar Koenigsegg Agera hesab olunurdu.

Rekord cəhdində avtomobilin sürücüsü Andy Wallace, bu vəziyyətə işarə edərək, ən vacib nüansı avtomobili parçalanmayacaq şəkildə istehsal etmək olduğunu söyləyib. Təcrübəli pilot bildirib ki, müəyyən bir nöqtədən sonra sürətin 10%-lik artımı da avtomobilin hərəkətini çox fərqli hala gətirə bilər. Şinlərin həddindən artıq isinib parçalanmağının qarşısını almaq nəzərə alınan əsas məsələ idi. Şinlərə düşən yük təxminən yeddi ton olur. Yeni təkər firmanın Şimali Karolinadakı təyyarə sınaq mərkəzində test edilib. Şinlər burada 506 km/saat-a qədər sürətlə sınaqdan keçirildi. Nəticədə şinlər deformasiyaya uğramadığı üçün Michelin mühəndisləri əmin oldu ki, bu istiqamətdə işləri daha da dərinləşdirmək olar.

Lakin bu versiyanın tamamilə seriya versiyası olmadığını nəzərə alsaq, Chiron-nun nəticəsi şübhə altında qala bilər. Mühəndislər 8.0 W16 mühərrikinin gücünü 1500-dən 1600 a.g.-dək artırıblar.

bug_2.jpg

Avtomobilin hərəkət hissəsi də dəyişilib. Klirens aşağı salınıb, təkərlərə  sürtünməyə müqavimətli, xüsusi  Michelin rezinləri quraşdırılıb. Salondan artıq avadanlıq çıxarılıb ki, bu da çəkinin azalmasına imkan verib. Bu avtomobilin seriya istehsalına buraxılması inandırıcı deyil. Xatırladaq ki, adi Chiron 420 km/saat sürət yığa bilir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0