Corona bir avtomobildir

Əlbəttə ki, virus haqqında danışıb, vaxtınızı almayacağıq.

Burada söhbət Toyota markasına məxsus "Corona" modelindən gedir. Dövrü üçün mükəmməl avtomobillərdən biri idi. Hətta adı Latınca "tac" sözündən formalaşmışdı. Crown sözü yaponca asanlıqla səslənməsi üçün "Corona" sözünə çevrilmişdi. Yeri gəlmişkən qeyd edək ki, yaponlar McDonald'ın "Makodonaldo" adlandırırlar. Müharibədən sonra yenidən inkişaf prosesinə daxil olan Yaponiyanın nəhəng Toyota şirkətinin ilk ixrac modeli idi. Avtomobil kifayət qədər marağa səbəb olmuş və satılmışdı.

corona_2.jpgCorona 1957-ci ildən 2002-ci ilədək Avensis ilə əvəzlənənədək 10 nəsillə istehsalda qaldı. Yaponiyadan Avstraliyaya, İndoneziyadan Cənubi Afrikaya, Tayvandan İngiltərəyə, Yeni Zelandiyaya qədər onlarla fabrikdə hazırlanırdı.

Bütün dünyanı əhatə edən bir virusdan sonra onunla eyni adı daşıyan bir avtomobili yenidən gündəmə gətirmək düzgün olardımı?

 

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0