Əfsanəvi Gelandewagen 1979-cu ildən bu günədək istehsal edilir.
1929-cu ildə ilk Mercedes istehsal edilib və onun adına G hərfi əlavə olunub (Mercedes-Benz G3a). Mercedes-Benz Gelandewagen-in tarixi seriyalı istehsalatdan çox əvvəl başlayıb. 1975-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvi (o vaxt Mercedes-Benz konserninin əsas payçılarından biri idi) yeni yolsuzluq avtomobillərinin istehsalı barədə müqavilə bağlamışdı. Bu avtomobilin yaradılış tarixi Mercedes şirkəti 1979-cu il 10 fevralda qeyd edir (məhz o gün təqdimatın sonuncu günü idi) , lakin Magna Steyr-də bu, 1977-ci il 11 martdır (bu gün zavodun tikintisinə başlanılıb). İlk istehsalat günündən 2014-cü ilədək mühərriklərin gücü təxminən 10 dəfə artıb (72 a.g.-dən 612 a.g.-dək).
Geländewagen sözü alman dilindən yolsuzluq üçün avtomobil kimi tərcümə olunur. Dördbucaq B kateqoriyasında ən ağır yolsuzluq avtomobilidir. Başlanğıcda Gelandewagen 5 rəngdə istehsal edilirdi: ağ krem, sarı, bej, qırmızı və yaşıl. Bu avtomobilin istehsalı ilə bağlı müqavilə 2027-ci ilədək imzalanıb. Ümumilikdə isə 1979-cu ildən G versiyasında 400 min avtomobil yığılıb. G-class-da arxa qapılar standart, lambo və yelləncək növlərində hazırlanılır. Avtomobil Avstriyada istehsal edilir. Sükanı sağ tərəfdə olan yolsuzluq avtomobili G-class da var.
- 1983-cü ildə Cekki Aysiks və Klod Brasseur tərəfindən idarə olunan Mercedes-Benz G-Class Paris-Dakar rallisində qalib gəlib.
- Yunanıstandakı zavodda ən nadir versiya yığılır - W462.
- 1 milyon dollar dəyəri olan altıtəkərli zirehli G63 AMG ən bahalı seriyalı dördküncdür.
- İtalyanlar üçün məxsusi Gelandewagen buraxılıb - G200.
- Hər bir Gelandewagen-in əl ilə yığılır, hətta istehsalatın əvvəlindən sonunadək.
- Mercedes-in lisenziyası ilə hətta uşaqlar üçün G-class formasında elektromobillər buraxılır.
- Bir çox ölkələrdə Gelandewagen kriminal avtomobil obrazına malikdir.
- Gelandewagen Qratsda (Avstriya) istehsal edilir.
- Zavodun bir konveyerindən paralel olaraq həm vətəndaşlar üçün nəzərdə tutulan W463, həm də hərbi W461 çıxır.
- Hər 5 ildən bir Avstriyada bütün Gelandewagen sahibləri toplaşırlar. Bunu Bavariya klubu Mercedes-Benz təşkil edir.
- Mercedes-Benz G500-ün çəkisi 2,5 tondur.
- Gelandewagen-zibilyığan, Gelandewagen-yanğınsöndürən maşın kimi modifikasiyalar da var.
- Zavod banın bütöv paslanmayacağına 10 il zəmanət verir.
- Zirehli G-class müdafiə edilmiş mühərrikə, çən və körpüyə malikdir.
- Mercedes-Benz G-Class Brabus 800 Widestar ilk yüzlüyə cəmi 4 saniyəyə sürətlənir.
- Bəzi modifikasiyalarda suyun axıdılması üçün tixaclar var. Bu, su maneələrini keçmək üçün nəzərdə tutulub.