Hatchback avtomobilləri nədir?

Hatchback, sözün əsl mənasında, 3 və ya 5 qapılı, 4 və 4-dən çox oturmaq üçün yer olan və baqaj uzantısı olmayan nəqliyyat vasitələridir.  Baqaj hissəsi sedan avtomobillərindən daha uzun olmur. Bunun əvəzinə isə "hatchback" avtomobillərdə tavandan aşağı doğru geniş olur. Sedan avtomobillərindən daha qısadır və baqaj həcmi baxımından sahiblərini daha çox yerlə təmin edir.

Avropa bazarında ən çox satılan avtomobil sinfi olan Hathcbach avtomobilləri mini, kiçik və ya yığcam olaraq təsnif edilir. Dizaynına görə çox məşhur olan və kiçik ölçülərinə görə şəhər daxilində rahatlığı təmin edən bu tipli modellər markaların qısa müddətdə daha çox sərmayə qoyduğu sevimli nəqliyyat vasitəsinə çevrildi.

Hatchback modellər ilk istehsalı tələbata uyğun olataq ortaya çıxmışdı. Həmçinin satış rəqəmləri də yüksək olduqda ön plana çıxdı və markalar daha çox istehsal etməyə başladı. 3 qapılı və idman dizaynına malik modelləri də sevilən modellər siyahısındadır. Xüsusilə, bu avtomobillər parkinq zamanı problem yaratmır, tıxaclarda da rahatlıq təmin edir.

Bununla yanaşı, Hatchback avtomobillərinin digər bir üstünlüyü də arxa oturacaqların tam açıla bilməsi və nəticədə daha çox yük götürmə qabiliyyəti ilə təmin etməsidir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0