Honda həvəskarları üçün möhtəşəm bir model təqdim edirik.
İnnovasiya, qabaqcıl mühəndislik və avtomobilin idarəetməsinin verdiyi həyəcan bir aradadır. Honda Civic qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Əyləc qüvvələrinin paylanması sistemi (EBD) ilə təmin edilmiş model əyləc qüvvəsini maksimal dərəcədə artıraraq və ani əyləcləmə zamanı idarəetməni qoruyub saxlayaraq sürüşmə ehtimalını minimuma endirir. Avtomobilinin standart komplektləşdirməsinə SRS təhlükəsizlik yastıqları sisteminə əlavə olaraq, Civic, Honda'nın yeni Straight Driver Assist texnologiyasını və Hill Start Assist ilə yanaşı yan və pərdə tipli hava yastıqları da təchiz olunub. Avtomobilin hündürlüyü 1407 mm-dir.
1 çəkisi 1319 kq-dır. Mühərrik həcmi 1597 sm³, 4 slindirlidir. 125 at gücünə malik avtomobilin maksimal sürəti 196 km/saat təşkil edir. 0-100 sürət üçün 11.6 saniyə tələb edilir. Çənin həcmi isə 46 l-dir. Yanacaq sərfiyyatı 100 km üçün 6.3 l-dir. Lakin bu rəqəm yollardan, tıxaclardan asılı olaraq dəyişə bilər.
Yağış və işıq sensorları, ön və arxa park sensorları, arxa görüntü kamerası, yan güzgülərdə dönmə işıqları, ön oturacaqların qızdırılması sistemi mövcuddur. Led tipli gündüz işıqları, halogen tipli ön faraları vardır.