Golf sinif avtomobili olan Hyundai Ai-30 beş nəfərlik yığcam avtomobildir.
Hetçbek korpusunda onun uzunluğu 4340 mm, eni 1795 mm, hündürlüyü 1455 mm, teker bazası isə 2650 mm kimi ölçülür.
Alıcı öz istəyi ilə bunları seçə bilər: dəri salon, klimat-kontrol, lyuk, stabilizasiya sistemi, line girişi olan audio sistem və mp3 formatında musiqi səsləndirmək imkanı, parkinq sensorları, yağış sensorları və 17 düymlük təkərlər. Comfort komplektasiyasından başlayaraq sifarişlə naviqasiya sistemi qoşdurulur. Müxtəlif konfiqurasiyalar və geniş çeşidli əlavələr hətta ən tələbkar müştərilərin ehtiyaclarını ödəyə biləcək.
Bəzi texniki xarakteristikaları 2016 modelinə aid:
Yanacaq növü - Dizel
Silindir həcmi- 1582 cc
At gücü - 136
Maksimum fırlanma anı- 300 Nm
0-100 Km Sürətlənmə - 10.6 san
Maksimum sürət - 200 km/saat
Müsbət cəhətləri:
⁃ cəlbedici müasir dizayn;
⁃ erqonomik, rahat və kifayət qədər geniş interyer;
⁃ yaxşı təchiz olunmuş sürücü oturacağı;
⁃ əsas konfiqurasiyada bələ olan çoxlu faydalı seçimlər;
⁃ etibarlı və həssas əyləclər;
⁃ yaxşı idarəetmə və manevr qabiliyyəti;
⁃ əla görmə qabiliyyətini təmin edən böyük şüşə güzgülər.
Mənfi cəhətlər:
⁃ Güc aqreqatları;
⁃ Transmissiya;
⁃ Süspansiyon;
⁃ Sükan sistemi;
⁃ Salon və avadanlıq;
Mühərriklər bu modelin güclü tərəfidir, ancaq onların bir çatışmazlığı da var - digər istehsalçıların eyni sinif avtomobilləri ilə müqayisədə kifayət qədər yüksək yanacaq sərfiyyatı. Orta göstəricilər - 9-11 litr. 100 km üçün.
Buna baxmayaraq, Hyundai i30 davamlı olaraq yüksək tələbat içərisindədir.
Əgər nə vaxtsa Hyunai i30 sahibi olmusunuzsa bu avto haqqında təəssüratlarınızı bizimlə bölüşün.