Pickup Mercedes X-Class

Mercedes-Benz daim yenilənən  müxtəlif modelləri ilə diqqəti cəlb etməyi bacarır. Mercedes və pickup avtomobillər sevənlər üçün Pickup Mercedes X-Class avtomobilini təqdim edirik.

350d - Motor 3.0 Turbo-Dizel / V6 / 258 HP / 550 Nm

Maksimal sürət 205 km/saatdır. Yük dartma gücü 6180kq təşkil edir. Yük götürmə gücü isə 1000 kq-dır. Avtomobilin yanacaq tutumu 73 l təşkil edir. 7 pilləli transmissiyaya malikdir.

250d - Motor 2.3 Turbo-Dizel / L4 / 190 HP / 450 Nm

Maksimal sürət 175 km/saatdır. 7 pilləli transmissiyaya malikdir. Yük götürmə gücü 1016 kq, yük dartma gücü isə 6130 kq-dır.

pm_4.jpg

220d - Motor 2.3 Turbo-Dizel / L4 / 163 HP / 403 Nm

6 pilləli mexaniki transmissiyaya malik, maksimal sürət 170 km/saatdır. Avtomobilin hündürlüyü 1819 mm-dir.

X-Class 2 fərqli transmisiyya, 4 mühərrik  və 3 çəkiş sistemilə təqdim olunur. Mercedes pick-up X-Class-ı Renault-Nissan əməkdaşlığı ilə hazırlayıb.

222 mm-lik yerdən hündürlük məsafəsi yol ilə avtomobil arasında yetəri qədər məsafə təmin edir. 49 dərəcəlik yan əyimli yolda belə sürüşü tarazlayır. Paslanmaz poladdan istehsal edilmiş alt karter qoruma, mühərriki, transmissiyanı qoruyur. Yüklərin yerində qalmasını təmin edəcək 475 mm hündürlüyündə yan divarlara birləşdirilmiş yük sabitləyici hissələr var.

Salonda ideal temperaturu təmin edən iki zonalı THERMOTRONIC klimat sistemi, elektrikli və tənzimlənən bel dəstək funksiyalı ön oturacaqlar, çox qollu komfort helezon yaylı asqı sistemi səyahətinizi komforta çevirir. Dar yollarda problemsiz irəliləmək üçün 360° kameraya malikdir. Arxa bamperdəki ayaqlıq vasitəsilə yük hissəsinə rahatlıqla girə bilərsiniz.

pm_3.jpg

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0