Jaguar JX yoxsa BMW 320i ?

bj_2_copy.jpg

Jaguar XJ 2014

Avtomobilin fiziki məlumatlarına baxaq, əvvəlcə. Modelin çəkisi 1748 kq-dır. Ön və arxa təkərlər arasında məsafə 3157 mm təşkil edir. Bu məsafənin böyük olması avtomobilə daha sabit hərəkət imkanı verdiyi kimi, qısa olması daha təhlükəsiz sürücülük imkanı verir. Xüsusilə də, parkinq zamanı kiçik həcmli avtomobillər daha əlverişli olur. Genişliyi 2105 mm, avtomobilin hündürlüyü 1457 mm-dir. Baqaj həcmi 520 l-dir. Yüklərinizi yerləşdirməyə, xüsusilə də, səyahətə çıxdığınız zaman işinizə yarayacaq. Modeldə arxa kamera, ISOFIX/LATCH sistemi, ağıllı açar, 6 hava yastığı mövcuddur. İSOFİX/LATCH sistemi uşaqların təhülkəsizliyi üçün təchiz edilən standartdır.

 bj_3.jpg

6 silindrlidir. Fırlanma anı 450 Nm-dır. 340 at gücünə malik bu modelin maksimal sürəti 250 km/saat təşkil edir. 0-100 sürətlənmə üçün 6.1 saniyə kifayət edir. BMW 320i Sedan modelində isə maksimal sürət 209 km/saatdır. 180 at gücünə malikdir. 0-100 sürətlənməsi üçün 7.1 saniyə tələb edilir. 4 silindrlidir və fırlanma anı mühərrikdə 200 Nm təşkil edir.

BMW 320i Sedan avtomobilinin ölçülərinə nəzər salsaq görərik ki, bu model Jaguar XJ-dən daha kiçik həcmlidir. 320i avtomobilinin çəkisi 1474 kq, genişliyi 1811 mm, ön və arxa təkər arasında məsafə 2809 mm-dir. Baqaj həcmi də XJ-dən daha az azdır, 368 l-dir.

bj_4.jpg

Yanacaq sərfiyyatını və tutumunu aşağıdakı cədvəllə müqayisə edək:

Jaguar XJ

 

BMW 320i Sedan

12 litr

Şəhərdaxili yanacaq sərfiyyatı

10.2 litr

6-8 litr

Şəhərxarici yanacaq sərfiyyatı

6-7 litr

82 litr

Avtomobilin yanacaq tutumu

60 litr

BMW modelində dönmə radiusu 11.2 m, Jaguar-da isə 12.3 m-dir. Dönmə radiusu avomobilin dönə biləcəyi ən kiçik  dairəni göstərir. BMW 320i-d olan funksiyalardan da bir neçəsini qeyd edək: Bluetooth, Start/Stop sistemi, təznimlənə bilən yüksək səviyyəli təhlükəsizlik sistemi, İSOFİX/LATCH, USB, GPS, 6 hava yastığı avtomobilə xüsusi rahatlıq verir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0