GT63S - Motor 4.0 Bi-Turbo
Mercedes AMG 4 qapı kupe modeli hal hazırda ən güclü AMG modelidir. Avtomobil 100 km/s sürətə qədər çevikliyi artırmaq üçün arxa təkərlərini də ön təkərlərin istiqamətində döndərir. Nəticədə döngələrdə daha çox tarazlıq əldə edir. Maksimal sürət 315 km/saatdır. 0-100 km/saata yüksəlmək üçün 3.2 saniyə lazımdır. Avtomobilin hündürlüyü 1418 mm-dir.
Avtomobil döngəyə girdiyi zaman komfortunuzun pozulmaması üçün oturacaqlar sizi əks tərəfə azacıq itələyir. Səyahət edərkən yanacağa qənaət etmək şansınız var. Sürücü Comfort səyahət rejimini seçdikdə mühərrik 2,3,5 və 8-ci silindirlərin işini dayandırır. Beləliklə ciddi dərəcədə yanacağa qənaət edir.
Yan güzgülərə quraşdırılan LED işıqlar avtomobilin yan hissəsinə AMG loqosu əks etdirir. Yanacaq tutumu 80 l, baqaj tutumu 455 l-dir.