Mercedes və BMW-də qitələr arası fərqlər nisbətən azdır. Çünki imkanları daxilində onsuz da ən yaxşısını istehsal etməyə çalışırlar.
Amma nisbətən ucuz modellərdə fərqlilik çox olur.
Amerikan avtomobillərinin xüsusiyyətləri:
- Amerikan avtomobillərində çox nadir hallarda mexaniki transmissiya olur
- Full salon, yüksək komfort
- Mexaniki kondisioner olmur, klimat kontrol üstünlük verilir
- Aksesuar, bəzək əşyaları nisbətən çox olur
- Amerikan modellərində arxa fənərlərdə duman əleyhinə işıq olmur. Çünki Amerikadakı stop lampalarının işıq gücü parlaqlıq cəhətdən Avropadakı stop lampasından daha yüksəkdir
- Amerikan farası uzağı işıqlandırmaq və simmetriya cəhətdən optimallaşdırılmışdır. Daha çox yol üzərində olan işarələri güclü işıqlandırır.
- Ehtiyyat hissəsi daha inkişaf etmişdir
Amerikan avtomobillərində işıqlarda da bir özəl xüsusiyyət var. Belə ki, öndə faraların kənarında sarı, arxada isə qırmızı işıq yanır. Avropada belə bir standart olmadığı üçün şirkətlər bir çox hallarda istifadə etmirlər. Volvo kimi təhlükəsizliyi öndə tutan şirkət Amerika və ya Avropa fərq etmədən bütün modellərində işıqlardan istifadə edir.
Məşhur amerikan avtomobilləri: Chrysler, Dodge, Cadillac, Chevrolet, Ford, GMC, Hummer, Jeep