Audi A6 Allroad Digər avtomobil markalarında olduğu kimi "Audi" şirkəti də daim öz modellərini yeniləməyə və təkmilləşdirməyə çalışır.
Bu məqalənizdə Audi A6 Allroad haqqında bir sıra məlumatlar verəcəyik. Xüsusi versiya "Allroad" modelinin 20 illik yubileyi münasibətilə buraxılıb. O, ilk dəfə 1999-cu ildə istehsal edilib. Avtomobil adaptiv pnevmo asılqan ilə təchiz edilib ki, o, klirensi yol şəraitindən asılı olaraq qaldırıb endirməyə imkan verir.
Audi A6 Allroad enişdə və yoxuşda xüsusi idarəetmə sistemi ilə təchiz edilib. Bu sistemi sürəti daimi olaraq 30 km/saatda saxlayır. O, həmçinin enişlər üçün nəzərdə tutulan xüsusi əyləc sistemi alıb. Baqajın həcmi 566 l-dir. Mühərrik həcmi 3967sm³-a bərabərdir. Yanacağın növü dizeldir.
Kapotun altında 3-litrlik, sadə versiyada 228 a.g. və 500 Nm fırlanma anı, orta güclü Quattro 50 TDI versiyada 282 a.g. və 620 Nm, tam güclü Quattro 55 TDI versiyada isə 349 a.g., 700 Nm verən, turbo yükləyicili hibrid V6 dayanır.