- 55 TFSİ - Motor 3.0 Bi-Turbo / V6 24v /
- 340 HP
- 500 Nm
- 0-100 km/saat üçün 5.6 saniyə lazımdır
- Maksimal sürət 250 km/saat
- Ağırlıq: 2005 kq
- Baqaj: 505 l
- Yanacaq tutumu: 72
Tıxacda istifadə üçün avtopilot funksiyası ilə təchiz edilib. Bununla avtomobil 60 km/saat qədər irəliləyir. Sürücü salonda olmadan avtomatik park etmə sistemi də var, həmçinin sürücünün rahatlığı üçün ayaq masajı funksiyasını mövcuddur. Arxa oturacaqlarda da masaj və havalandırma sistemo mövcuddur. Sükanı, akselerator və əyləc pedalını idarə edir, həmçinin avtomobilin qəfil yolunun kəsilməsinə də reaksiya göstərir.
Qəza öncəsi avtomobilin banını, kələ-kötür yollarda isə təkərləri qaldıran qeyri-adi asqı sistemi quraşdırılıb. Elektrik mühərrikləri qollara 1100 Nm fırlanma anı ötürürək, döngələrdə və əyləcləmə zamanı kuzovun əyilməsinin qarşısını alır. Asqı qəza təhlükəsi zamanı kuzovun bir tərəfini 80 mm qaldırmaq qabiliyyətinə malikdir.
Salondakı kamera sürücünün vəziyyətinə nəzarət edir. Əgər sürücü yuxulayarsa elektronika onu siqnal vasitəsi ilə oyadır. Sürücü reaksiya verməzsə avtomobil yavaşlayaraq tam şəkildə dayanır. Avtomobilin qapılarını açmaq üçün NFC simsiz rabitə modulu olan smartfonu qapı dəstəyinə yaxınlaşdırmaq kifayətdir. Multimedia kompleksinin və oturacaqların idarə edilməsi xüsusi pult vasitəsi ilə həyata keçirilir.