Hər təkərin 2 amartizatoru var. Avtomobilin bütün hissələri hər cür yol şəraitinə qarşı 5 il zəmanətlidir.
Yerdən hündürlüyü nə az, nə çox 440 mm hündürlüyə sahibdir. Hündür olmaqla bərabər avtomobilə daxil olmanı asanlaşdırmaq üçün avtomatik açılıb-bağlanan mühərrikli yeni ayaqlıqlar yerləşdirilib. Ön və arxa hissəyə "Mercedes"in bahalı Brabus Ksenon işıq sistemini və digər obyektlərin mənfi təsirlərindən qorumaq üçün setkalar yerləşdirilib. Çöl şəraitində yolu daha yaxşı görmək üçün önü və arxası idarə edilə bilən və hər yönə dönmə imkanına sahib xüsusi LED (97x10W) aydınlatma sistemi ilə təchiz edilib. Avtomobilin üzərinə düşə biləcək ağaclardan və üstünə çıxacaq vəhşi heyvanlardan qorunması üçün gücləndirilmiş bəzəkli qoruyucu lövhə var. Off-Road-ın əvəz edilməz hissəsi olan dartıcı sistem quraşdırılıb.
Biraz da daxili haqqında:
Mərkəzi konsol ilə Asqı sistemini idarə edə bilərsiniz.
4 rejim mövcuddur:
İndividual;
Comfort;
Sport;
Off-Road.
Arxada oturan sərnişinlər içkilərini 1 düymə ilə soyudub isidə bilərlər. Hər iki stəkanlıqda həm soyuducu, həm də qızdırıcı funksiyası var. Düymələrin arasında telefonunuzu enerji ilə təmin etmək üçün USB girişləri mövcuddur.
Motor 4.0 Bi-Turbo / V8 / 550 HP / 800 Nm
0-100 km/saat üçün 6.7 saniyə lazımdır.
Maksimal sürət: 215 km/saat
Uzunluq: 4672 mm
Hündürlük: 2250 mm
Baqaj həcmi: 487 l
Yanacaq tutumu: 110 l
Ağırlıq: 3356 kq