Bugatti Divo

 Bugatti Divo avtomobili Bugatti Chiron üzərində hazırlanmışdır. Arxa spoiler Chiron'un spoilerindən 23% genişdir.

Bu külək qırıcı avtomobilin yerə yapışmasından əlavə həm də əyləc zamanı kömək edir. Hiperkar 1500 at qüvvəsi hasil edən 8,0-litrlik dörd turbokompressorlu W16 mühərriki və robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Divo'nun arxasında yerləşən diffuzor tamamilə yenidir. Model Chiron hiperkarından zahiri görkəmi və 456 kiloqram yerəbasma gücü hasil edən aerodinamik dayağı ilə fərqlənir. Bu, Chiron modelində olduğundan 90 kiloqram çoxdur.

Divo Chirondan 35 kiloqram daha yüngüldür. Yolu daha yaxşı tutan, hissələrini daha yaxşı soyudan, bir qədər yüngülləşmiş Divo modeli Chiron və Chiron Sporta görə hiper avtomobildir. Chironda olan maksimal 420 km/s sürəti təhlükəsizlik baxımından Divoda 380 km/s sürətinə endirilib. Ancaq bunlar elektronik limit sayəsində həyata keçirilir. Limit açıldığı zaman rahatlıqla 482 km/s sürətinə çıxa bilir. Ancaq təkərlər bu sürətə yalnız 9 dəqiqə dözə bilir. Bu sürətlə 100 Litrlik yanacaq çəni cəmi 7 dəqiqəyə boşalır.

Qiyməti: 5 milyon avro

Motor 8.0 Quad-Turbo (4 Turbo)/ W16 / 1500 HP / 1600Nm

0-100 km/saat - 2.4 saniyə lazımdır

7 pilləli 2 muftalı robot transmissiya

Uzunluq 4640 mm

Ağırlıq 1960 kq

Yanacaq tutumu: 100 l

divo_3.jpg

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0