Lamborghini markasından danışdıqda yüksək sürət, kiçik ölçülü avtomobillər yada düşür. Amma bu dəfə bu markanın off-orad tipli avtomobilindən bəhs edəcəyik.
Lamborghini LM002, olduqca maraqlı bir avtomobildir. Markanın LM001 avtomobil modelinin inkişaf etdirilmiş formasıdır. 1986 ilə 1993 arasında Lamborghini tərəfindən istehsal edilən bir SUV modelidir. 1986-cı ildə Brüssel Avtoşousunda təqdim edildi. LM002 cəmi 328 ədəd istehsal edilmişdir. LM002 Amerika ordusuna satmaq üçün hazırlanmışdı. Amerika Hökuməti fərqli bir dizayn istəsə də, Lamborghini artıq istehsal etmişdi və müəyyən qədər satış da edilmişdi.
Bu model 5,2 litrlik V12 mühərrikinə malikdir və 444 at gücündədir. LM002, 5 mərhələli əllə ötürməyə malikdir və Pirelli'nin bu avtomobil üçün xüsusi olaraq "Scorpion (Əqrəb)" şinləri istehsal etmişdir.
Avtomobilin çəkisi 2700 kq təşkil edir. Ölçüləri aşağıdakı kimidir:
Ön və arxa təkərlər arasında məsafə: 2950 mm
Uzunluq: 4790 mm
Genişlik: 2000 mm
Hündürlük: 1850 mm