Range Rover Evoque necə maşındır?

Piyadaların təhlükəsizliyi üçün də hava yastıqlarının mövcudluğu avtomobilin imkanlarını artırır.

Bir çox yeni modellərdə gördüyümüz "ClearSight" arxa görmə güzgüsü kamera kimi istifadə edilə bilir. 2.0 l mühərrik ilə yüksək performansa sahibdir. Elektronik olaraq idarə edilə bilən şüşə tavana malikdir. Həmçinin Matrix Ked faralar da avtomobilə xüsusi atmosfer qatır. 4 silindrlidir. Mühərrikdə fırlanma anı isə 380 Nm-a bərabərdir. Sürəyinə gəldikdə isə maksimum sürəti 196 km/saat təşkil edir. Avtomobilin 0-100 km/saat sürətə yüksəlməsi üçün 11.2 saniyə tələb edilir.

Avtomobilin çəkisi 1891 kq təşkil edir. Baqaj həcmi isə 472 l-ə bərabərdir. Təkər ölçülərinə nəzər salsaq: 225/45 R18.  Avtomobilin ölçülərinə nəzər salaq:

Uzunluq: 4371 mm

Genişlik: 1996 mm

Hündürlük: 1649 mm

Ön və arxa təkərlər arasında məsafə 2681 mm-ə bərabərdir.

rr_2.jpg

2019-cu ildə Euro NCAP qəza testindən 5 ulduz alaraq, uğurla keçmişdir. Burada sərnişinlər üçün 97%, uşaqlar üçün 87%, piyadalar üçün 72% təhlükəsizliklə təmin etdiyi müəyyən edilmişdir.

Xaricdən dar, kiçik bir avtomobil kimi görünsə də daxilinə baxdıqda gözləntilərin əksinə olaraq geniş bir salona malikdir. Sport tipli ötürücü idman avtomobili təəssüratı yaradır. 150 və 180 at gücünə malik dizel mühərrik seçimləri mövcuddur. Avtomobildə parkinq zamanı işinizi asanlaşdıracaq sistemdən yararlana bilərsiniz (360 dərəcə parkinq dəstəyi). Yüksək sürətlə avtomobili idarə edərkən sürəti ani lazımi hallarda tələb olunan qədər qısa müddətdə azalda bilərsiniz. Sürət sabitləşdirici sistem yanacaq sərfiyyatına qənaət etməyə imkan verəcək.

Yanacaq sərfiyyatı haqqında danışmadan da olmaz. Şəhər daxilində 100 km üçün 6.3 litr, şəhərlərarası yollarda 100 km yola 4.8 litr, ortalama isə 5.4 litr yanacaq sərf etdiyi qeyd edilmişdir. Yanacaq tutumu 65 litr təşkil edir. Bu məlumatlar zavod məlumatlarına əsaslanır.

rr_3.jpg

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0