Jeep markasının 2 məşhur modelini müqayisə edirik

jeep_2_copy.jpg 

2016 Jeep Cherokee 2.0 Limited AWD

 jeep_3_copy.jpg

Dizel mühərrikli avtomatik avtomobildir. 170 at gücünə malikdir və maksimal sürəti 192 km/saat təşkil edir. 0-100 sürətlənməsi üçün 10ş3 saniyə tələb edilir. Fırlanma anı 350 Nm-dir. Sözü gedən avtomobilin ölçüləri aşağıdakı kimidir:

Uzunluq: 4624 mm

En: 1859 mm

Hündürlük: 1634 mm

Baqaj həcmi 423 l olan bu avtomobilin ümumi çəkisi 1953 kq təşkil edir. 

Yanacaq tutumu 60 l olan “Cherokee”nin şəhər daxili orta yanacaq sərfiyyatı 7.1 lirdir (istehsalçı məlumatlarına əsasən. Həm sürücü, həm də sərnişinlər üçün hava yastıqları mövcuddur.

2016 Jeep Wrangler 2/8 Ruicon 4x4

Dizel mühərrikli bu model 200 at gücünə malikdir. Fırlanma anı 460 Nm təşkil edir. Yanacaq sərfiyyatı digər modeldən fərqli olaraq şəhər daxilində orta 10.3 litrdir. Əlbəttə ki, bu rəqəmlər istehsalçı mlumatlarına görədir və nisbi xarakterlidir, bir çox amillərdən asılı olaraq dəyişə bilər. Avtomobilin ölçülərinə gəldikdə uzunluğu 4751 mm , eni 1877 mm , Hündürlüyü 1840 mm-dir. Baqaj həcmi ümumi olaraq 498 litdir. Göründüyü kimi digər modeldən az da olsa fərqlənir və ondan daha çox yük götürmə qabiliyyətinə malikdir. Yanacaq tutumunda da fərq özünü göstərir. Bu modelin yanacaq tutumu 85 litrdir. Ağırlığı isə 2073 kq təşkil edir. Təkər ölçülərinə gəldikdə modeldə bu şəkildədir: 245/75 R17.    

Təhlükəsizliyi öndə tutan marka bu modeli də həm sürücü, həm də sərnişinlər üçün hava yastıqları təhlükəsizlik sistemi ilə təchiz etmişdir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0