Mercedes-Benz S550 Sedan 2014
Əvvəlcə, avtomobilin fiziki göstəricilərinə nəzər salaq. Çəkisi 2100 kq olan bu modelin hündürlüyü 1491 mm , genişliyi 2131 mm təşkil edir. Ön və arxa təkərlər arasında 3165 mm-dir. Bu məsafənin uzun olması avtomobilin rahat və stabil hərəkətinə imkan veridiy kimi, qısa olması da daha təhlükəsiz bir idarəetməyə imkan verir. Baqaj həcmi 462 litrdir.
6 slindirlidir. Fırlanma anı 700 Nm-dir. 449 at gücünə malikdir.
Telefon və digər cihazlarınızı avtomobillə əlaqələndirmək və informasiya mübadiləsini təmin etmək üçün Bluetooth sistemi mövcuddur. Start/Stop sistemi də avtomobilə xüsusi bir atmosfer qatır. Onun sayəsində avtomobil işıqforun qırmızı işığında və ya tıxacda olarkən motor avtomatik olaraq dayanır və hərəkətə yenidən başladığınızda yenidən işə düşür. Bu sistem yanacaq sərfiyyatının azalmasına kömək edir. USB bağlantısı da var. Bu modelə məxsus adi açarlardan fərqlənən simsiz “ağıllı açar” vardır ki, onun sayəsində avtomobilə yaxınlaşdığınız zaman qapı kilidlərini avtomatik olaraq aça və həmçinin bir düyma vasitəsilə onu avtomatik olaraq işə sala bilərsiniz. Naviqasiya sistemi olmadan olmaz.
GPS sistemi vasitəsilə avtomobil oğurlandıqda və ya digər hallarda onun harada olduğunu asanlıqla öyrənə və izləyə bilərsiniz.
Yanacaq sərfiyyatı hər 100 km üçün şəhərlərarası 10.9 litr təşkil edir. Bu rəqəm şəhər daxilində 16.6 litrə qədər yüksələ bilər. Yanacaq tutumu 83 litrdir.
BMW M6 Gran Coupe 2014
Çəkisi 2009 kq olan bu avtomobilin baqaj həcmi 340 litrdir. Hündürlüyü 1394 mm , genişliyi 1900 mm-dir. Ön və arxa təkərlər arasında məsafə 2694 mm-dir. Bu məsələnin mahiyyəti barədə yuxarıda danışmışıq. Baqaj həcmi 340 l-dir.
Həm slindirlərin sayı, həm də at gücünə görə Mercedes-dən daha yüksəkdir. Bu model 8 slindirlidir və 560 at gücünə malikdir. Fırlanma anı 681 Nm-dir.
Yanacaq sərfiyyatına gəldikdə şəhərxarici hər 100 km üçün 12.8 litr yanacaq sərf edir. Şəhər daxilində isə bu rəqəm 18.8 litrə qədər yüksələ bilir. Yanacaq tutumu da 80 litrdir. Göründüyü kimi bu model Mercedes modelinə nisbətən daha çox yanacaq sərf edir. Əlbəttə ki, yanacaq sərfiyyatını dəqiq demək olmur. Müxtəlif amillərdən asılı olaraq dəyişə bilər.
İSOFİX/LATCH sistemi vardır ki, bu sistem sayəsində uşaqlar sürətli və arahat şəkildə otura bilməsi üçün standart sistemdir. Bu təhlükəsizlik üçün də faydalıdır. Arxa kameralar parkinq zamanı , eləcə də, digər hallarda köməyinizə çatacaq.
Start/Stop sistemi, arxa görmə kamerası, GPS sistemi, USB bağlantısı kimi funksiyalar avtomobilə əlavə funksiya və imkanlar verir.