BMW yoxsa Mercedes?

BMW yoxsa Mercedes? Bu sualın müzakirəsi illərdir davam edir.

BMW 325 D yoxsa Mercedes C 250?

BMW və Mercedes avtomobil markaları yarandığı vaxtlardan öz modelləri üzərində təkmilləşdirmələr aparır və yeniliklər tətbiq edir.

Porsche 911 yoxsa BMW M6

pb_1.jpg

2014 Porsche 911 Carrera S

Bu avtomobilin çəkisi 1394 kq təşkil edir. Eni 1808 mm , hündürlüyü 1295 mm-dir. 6 slindirlidir, bu mühərrikin potensial gücünü göstərən əsas amillərdəndir. Maksimum sürəti 304km/saat, 0-100 sürətlənmə üçün 4.5 saniyə lazımdır. Əlbəttə ki, neçə at gücünə malik olduğunu bilmək istəyirsiniz, bu avtomobil 400 at gücünə malikdir. Ön və arxa təkərlər arasında məsafə 2451 mm-dir. Bu məsafənin daha uzun olması onu daha rahat və stabil bir şəkildə hərəkətinə səbəb olur. Lakin daha qısa olduqda daha təhlükəsiz bir sürücülük imkanı yaradır. Fırlanma anı 440 Nm-dır. Motor həcmi 3.8 l-dir.

 pb_3.jpg

pb_4.jpg

İSOFİX/LATCH  sistemi mövcuddur. Bu nə deməkdir? Uşaqların daha sürətli və təhlükəsiz otura bilmələri üçün standart sistemdir. Telefon, tablet, kompüterlərinizi avtomobillər əlaqələndirmək və məlumat ötürülməsini təmin etmək üçün Bluetooth bağlantısı mövcuddur. Həmçinin USB girişi də avtomobildə mümkündür. Təhlükəsizlik sisteminin əsas göstəricilərindən hava yastıqları bu avtomobildə 6 ədəddir.

Yanacaq sərfiyyatı adıçəkilən avtomobilin hər 100 km üçün şəhərlərarası 7.1 litr təşkil edir. Şəhər daxilində bu rəqəm xeyli yüksəlir. Ortalama olaraq şəhərdaxili yanacaq sərfiyyatı 100 km üçün 13.8 litr təşkil edir. Yanacaq tutumu isə 64 litrdir.   

2014 BMW M6 Gran Coupe

 pb_5.png

pb_6.jpg

BMW hər zaman müxtəlif modelləri ilə diqqət mərkəzindədir. İlk öncə avtomobillərin həcminin müqayisəsi üçün sözügedən BMW modelinin ölçülərinə baxaq:

En: 1900 mm

Hündürlük: 1394 mm

Ön və arxa təkərlər arasındakı məsafə: 2694 mm

Modelin ağırlığı 2009 kq-dır. Motorun potensial gücünü göstərən amil olan slindir sayı 8 ədəddir. Yanacaq sərfiyyatı şəhərlər arasl hər 100km üçün 12.8 litr, şəhər daxilində bu rəqəm 18.8 litrə yüksəlir. Yanacaq tutumu 80 litr olan BMW modeli göründüyü kimi Porsche 911-dən daha çoxdur.

Avtomobilin motor həcmi 4.4 litrdir ki, bu rəqəmin böyük olması daha güclü olması deməkdir. Fırlanma anı 681 Nm-dir. Benzin mühərriklidir.

  

Start/Stop sistemi mövcuddur. Bu sistem sayəsində işıqforun qırmızı işığında və ya tıxaclarda dayandığınız zaman motor avtomatik olaraq dayandırılır və yenidən hərəkətə başlamaq üçün qazabasdıqda avtomatik olaraq motor yenidən çalışmağa başlayır. Nəticə olaraq yanacaq sərfiyyatına müəyyən qədər qənaət etmiş olursunuz. İSOFİX/LATCH sistemi bu avtomobildə də mövcuddur. Sistemin əhəmiyyəti barədə Porsche modelindən danışarkən yuxarıda qeyd etdik. Haqqında danışdığımız BMW modelində GPS sistemi də mövcuddur ki, avtomobil oğurlandıqda və ya başqa bir halda harada olduğunu müəyyən edə, izləyə bilərsiniz.

Ford Ranger, İsuzu D-Max yoxsa Mitsubishi L200

Pickup həvəskarları üçün möhtəşəm 3 model təqdim edirik.

Ford Ranger 80 litrlik yanacaq anbarına malikdir. Isuzu maksimum yanacaq tutumu 69 litr, Mitsubishi L200 yanacaq tutumu 75 litrdir.

Yeni Ford Ranger daha çox və daha səmərəli işləmək üçün hazırlanmışdır. Bu pikap yanacağınızın hər damlası ilə daha çox kilometr məsafəni qət etməyə kömək edəcək yeni güclü mühərrik üçündür. Bu mühərriklər dəyişkən şərtlərə və yoldan kənar vəziyyətlərə mükəmməl uyğunlaşan, inkişaf etmiş yeni bir ötürmə ilə dəstəklənir. Start / Stop Sistemi və SYNCIII kimi çox sayda faydalı texnologiya sayəsində bu davamlı pikap əzələ gücü və beyin gücünün mükəmməl bir qarışığıdır. Yeni Ford Ranger sizi, sərnişinlərinizi və yolda digər maraqlı tərəfləri qorumaq üçün bir sıra ağıllı sistemlərə daxildir. Toqquşma Qarşısının Alınması Yardımı kimi bəzi texnologiyalar, bir hadisə baş vermə ehtimalını azaltmağa çalışır. Hava yastığı da daxil olmaqla bəzi texnologiya, yol qəzası halında qəzanın şiddətini azaltmağa kömək edir. Vasitə də qabaqcıl təhlükəsizlik sistemlərinə malikdir, beləliklə avadanlıq və yüklərinizi rahatlıqla saxlaya bilərsiniz.

Yeni Ford Ranger sizi, sərnişinlərinizi qorumaq üçün bir sıra ağıllı sistemlərə daxildir. Toqquşmanın mənfi nəticələrini və risklərini azaldacaq bəzi texnologiyalar mövcuddur. Mükəmməl hazırlanmış hava yastığı da buraya daxildir. Yerdən 237 mm hündürlükdə olan Ford Ranger asanlıqla sərt ərazilərdə irəliləmək üçün hazırlanmışdır.

ford_2.jpg

Təhlükəsizliyinizi və dincliyinizi təmin etmək üçün yük yerində əllə kilidlənə bilən  qapaq mövcuddur.

Avtomobildə 240 volt güc sayəsində telefonunuzu, tabletinizi batareyasını doldurmağa kömək edir.

Start/stop vasitəsilə qırmızı işıqda və ya tıxacda dayanarkən mühərriki dayandıra bilir. Bu isə yanacaq sərfiyyatına qənaət deməkdir. Avtomobildə mövcud yanacaq ehtiyatı ilə daha nə qədər yol gedə biləcəyinizi təxmini olaraq göstərən texnologiya mövcuddur. İzləmə Sistemi və park sensorları kimi inkişaf etmiş sistemlər mövcuddur.

Mitsubishi L200 -  Dizel L200 modeli 2.3 litrlik turbo mühərrikli 6 pilləli avtomatik transmissiyaya və 4 silindrli mühərrikə malikdir.ford_3.jpg

Ford Ranger yanacaq sərfiyyatı nə qədərdir?

Şəhərdə 11,2 litr / şəhər xaricində 7.3 litr. Orta hesabla 8.7 litr.

Isuzu D-Max yanacaq sərfiyyatı nə qədərdir?

Şəhərdə 10.5 litr / şəhər xaricində 7.2 litr. Orta hesabla 8.4 litr.

Mitsubishi L200 yanacaq sərfiyyatı nə qədərdir?

Şəhərdə 8.4 litr / şəhər xaricində 6.5 litr. Orta hesabla 7,2 litr.

 

Hansı Pick-Up daha çox yük daşıma qabiliyyətinə malikdir?

Pick-up avtomobillərində yük daşəma gücü çox önəmli rol oynayır. Adıçəkilən Pickup avtomobilləri yük götürmə qabiliyyətinə görə aşağıdakı kimidir:

Ford Ranger : 997 kg

Isuzu D-Max : 933 kg

Mitsubishi L200 : 960 kg

Sürətinə görə müqayisə:

Ford Ranger - Maksimum sürət: 175 km / saat.

Isuzu D-Max - Maksimal sürət: 180 km / saat.

Mitsubishi L200  - Maksimum sürət: 177 km / saat.

Audi Q5 yoxsa BMW X3?

Audi Q5 2.0 TDi quattro S tronic və BMW X3 xDrive 20d modellərini müqayisə edirik.

Audi Q2 yoxsa Mazda CX-5?

Dizel mühərrikli Audi Q2 116 at gücünə malikdir.

Volkswagen Polo yoxsa Seat İbiza?

Volkswagen Polo 5 qapılı avtomobil modeli dizel mühərriklidir, 80 at gücünə malikdir.

Volkswagen Passat yoxsa Opel Insignia?

Dizel mühərrikli 250 Nm, 120 at gücünə malik avtomobildir. Maksimal sürəti 206 km/saat, 0-100 sürətlənmə üçün 10.8 saniyə tələb edilir. Yanacaq sərfiyyatı 100 km üçün aşağıdakı kimidir:

Abunə ol