2014 Porsche 911 Carrera S
Bu avtomobilin çəkisi 1394 kq təşkil edir. Eni 1808 mm, hündürlüyü 1295 mm-dir.
6 slindirlidir, bu mühərrikin potensial gücünü göstərən əsas amillərdəndir. Maksimum sürəti 304km/saat, 0-100 sürətlənmə üçün 4.5 saniyə lazımdır. Əlbəttə ki, neçə at gücünə malik olduğunu bilmək istəyirsiniz, bu avtomobil 400 at gücünə malikdir. Ön və arxa təkərlər arasında məsafə 2451 mm-dir. Bu məsafənin daha uzun olması onu daha rahat və stabil bir şəkildə hərəkətinə səbəb olur. Lakin daha qısa olduqda daha təhlükəsiz bir sürücülük imkanı yaradır. Fırlanma anı 440 Nm-dır. Motor həcmi 3.8 l-dir.
İSOFİX/LATCH sistemi mövcuddur. Bu nə deməkdir? Uşaqların daha sürətli və təhlükəsiz otura bilmələri üçün standart sistemdir. Telefon, tablet, kompüterlərinizi avtomobillər əlaqələndirmək və məlumat ötürülməsini təmin etmək üçün Bluetooth bağlantısı mövcuddur. Həmçinin USB girişi də avtomobildə mümkündür. Təhlükəsizlik sisteminin əsas göstəricilərindən hava yastıqları bu avtomobildə 6 ədəddir.
Yanacaq sərfiyyatı adıçəkilən avtomobilin hər 100 km üçün şəhərlərarası 7.1 litr təşkil edir. Şəhər daxilində bu rəqəm xeyli yüksəlir. Ortalama olaraq şəhərdaxili yanacaq sərfiyyatı 100 km üçün 13.8 litr təşkil edir. Yanacaq tutumu isə 64 litrdir.
2014 BMW M6 Gran Coupe
BMW hər zaman müxtəlif modelləri ilə diqqət mərkəzindədir. İlk öncə avtomobillərin həcminin müqayisəsi üçün sözügedən BMW modelinin ölçülərinə baxaq:
En: 1900 mm
Hündürlük: 1394 mm
Ön və arxa təkərlər arasındakı məsafə: 2694 mm
Modelin ağırlığı 2009 kq-dır. Motorun potensial gücünü göstərən amil olan slindir sayı 8 ədəddir. Yanacaq sərfiyyatı şəhərlər arasl hər 100km üçün 12.8 litr, şəhər daxilində bu rəqəm 18.8 litrə yüksəlir. Yanacaq tutumu 80 litr olan BMW modeli göründüyü kimi Porsche 911-dən daha çoxdur.
Avtomobilin motor həcmi 4.4 litrdir ki, bu rəqəmin böyük olması daha güclü olması deməkdir. Fırlanma anı 681 Nm-dir. Benzin mühərriklidir.
Start/Stop sistemi mövcuddur. Bu sistem sayəsində işıqforun qırmızı işığında və ya tıxaclarda dayandığınız zaman motor avtomatik olaraq dayandırılır və yenidən hərəkətə başlamaq üçün qazabasdıqda avtomatik olaraq motor yenidən çalışmağa başlayır. Nəticə olaraq yanacaq sərfiyyatına müəyyən qədər qənaət etmiş olursunuz. İSOFİX/LATCH sistemi bu avtomobildə də mövcuddur. Sistemin əhəmiyyəti barədə Porsche modelindən danışarkən yuxarıda qeyd etdik. Haqqında danışdığımız BMW modelində GPS sistemi də mövcuddur ki, avtomobil oğurlandıqda və ya başqa bir halda harada olduğunu müəyyən edə, izləyə bilərsiniz.