Bütün avtomobil mühərrikləri eyni meyarlar üzrə istehsal olunmur.
Bəzilərində gücü fərqlidir, bəzilərində yanacaq püskürtmə sistemi, bəzilərində fərqli sayda silindrlər var. Silindr sayı eyni olan ən çox güc ortaya qoyan avtomobilləri təqdim edirik. 2 silindrli mühərrikli avtomobillərin ən güclüsü olanı, 3 silindrli və 4 silindrli avtomobilləri bu məntiqlə təqdim edirik.
Ancaq hibrid motorlu avtomobillər bu siyahıya daxil deyil. Çünki elektrik mühərrikləri avtomobillərin sürətlənməsinə çox fərqli bir şəkildə təsir göstərə və fərqli nəticələrə səbəb ola bilər. Siyahı tamamilə kütləvi istehsal edilən və mövcud avtomobillərdən ibarətdir.
2 Silindrli - Fiatın 0.9 Litr Mühərriki
Mühərrikinin həcmi 1 litrdən az olan Fiatın TwinAir turbo mühərriki 105 at qüvvəsi istehsal edir. Bu mühərriki Fiat 500 adlanan kiçik bir avtomobildə görə bilərik. 105 at gücü çox yüksək bir güc olmasa da, mühərrik həcminə nisbətdə baxıldığında bunun böyük bir müvəffəqiyyət olduğu anlaşılır.
<
Çünki bu gün VW Groupun 1.6 TDI mühərriki və Renault'un 1.5 DCi mühərrikləri 105 at gücünə sahibdir və 0.9 litr mühərriklə müqayisədə daha böyük həcmdə və 4 silindrə sahibdirlər. Fiatın bu 2 silindrli mühərrikdən daha güclü olan bir avtomobil mühərriki olmasa da, motosikl mühərriki var. Məsələn, Ducati'nin 1299 Panigale R FE motosiklində, V mövqeyi olaraq yerləşmiş iki silindrli 1.285 cc mühərrik, 207 at gücünə sahib Fiat'ın bu mühərrikindən daha səmərəli olmağı bacarır.
3 Silindr - Fordun 1.0 Litr EcoBoost Mühərriki
Ən güclü 3 silindrli mühərrik, 137 at gücünə sahib olan 1.0 litrlik EcoBoost mühərrikidir. Lakin Ford bu mühərrik əvəzinə daha güclü 3 silindrli bir mühərrik hazırlayır. Fiesta ST ilə birlikdə görünəcək 3 silindrli mühərrik 200 at gücünə sahib olacaq.
4 Silindr - Mercedes-AMG-nin 2.0 Litrli Mühərriki
2.0 litr həcmli turbomühərrikli 4 silindrli Mercedes-AMG mühərriki son illərdə ən güclü 4 silindrli mühərrik kimi gündəmdədir. Bu 381 at gücündə mühərrik CLA-45, A-45 və GLA-45 kimi AMG modellərində istifadə olunur.
Əslində, daha güclü olan daha bir 4 silindrli mühərrik istehsal edildi. Lakin kütləvi avtomobil deyil. Maraqlananlar üçün 2014-cü ildə istehsal olunan Mitsubishi Lancer Evolution X FQ-440 MR avtomobilinin 440 at gücü ilə 4 silindrli mühərrikə sahib olduğunu bildirə bilərik. Mitsubishi bu avtomobillərdən yalnız 50-ni İngiltərə üçün istehsal etdi.
5 Silindr - 2.5 litrlik Audi mühərriki
5 silindrli mühərriklər 4 və 6 silindrli mühərriklər qədər yayılmamışdır. Audi RS3, TT RS və Focus RS kimi avtomobillərdən başqa düşünsək 5 silindrli bir avtomobil ağıla gəlməz. Audi RS3 və TT RS modellərində istifadə olunan 2,5 litrlik daxili 5 silindrli və turbomühərrikli mühərrik, 405 at gücünə sahib ən güclü 5 silindrli mühərrikdir.
6 Silindr - Porsche'nin 3.8 Litr Boxer Mühərriki
Porsche 911 GT2 RS bu günün ən güclü idman avtomobillərindən biridir. Bu avtomobil eyni zamanda ən güclü 6 silindrli mühərrikə malikdir. 3,8 litrlik ikiqat turbo mühərrik tam 700 at gücü istehsal edir.
8 Silindr - Koenigsegg-in 5.0 Litr V8 Mühərriki
Kompakt ölçüləri və yüksək güc çıxışı ilə V8 mühərrikləri superavtomollərdə daha çox istifadə olunur. Bunlara Chevrolet Corvette, Ferrari 488 və McLaren 720S kimi avtomobillər daxildir. Ən güclü 8 silindrli mühərrikə sahib olan nəqliyyat vasitəsi Koenigsegg Agera RS-dir. İkiqat turbo və 5.0 litrlik V8 mühərriki ilə bu avtomobil 1360 at qüvvəsilə çıxış edir. Agera RS-nin istehsalı Koenigsegg tərəfindən dayandırılır.
10 Silindr - Lamborghini'nin 5.2 Litr V10 Mühərriki
Lamborghini'nin Huracan Performante modelində istifadə etdiyi 5,2 litrlik V10 mühərriki 10 silindrli mühərriklər arasında ən güclüdür. 640 at gücündə olan bu mühərrik buraxılmazdan əvvəl, Dodge Viper ACR avtomobilindəki ən güclü 10 silindrli mühərrik idi. Viperin 8.2 litrlik V10 mühərriki 654 at gücünə sahib idi. Ancaq Viper ACR istehsalı dayandırılmışdır.
12 Silindr - Ferrari'nin 6.5 litrlik V12 mühərriki
Dünyanın ən güclü V12 mühərrikinə gəldikdə, Ferrari göz önünə gəlir. 812 Superfast kimi modellərdə istifadə olunan 6.5 litrlik V12 mühərriki 800 at gücünə malikdir. Superavtomobil 0-100 km / saat sürətlənməsini cəmi 2,9 saniyədə tamamlaya bilər.
16 Silindr - Bugatti'nin 8.0 litrlik W16 mühərriki
8 litr həcmli Bugatti'nin W16 mühərriki, həcmi və silindr sayına görə siyahıda ən böyükdür. 4 turboşarjı olan mühərrik 1500 at gücünə malikdir. Bəs niyə V16 deyil, W16 adlanır? Bu mühərrikin əslində 2 V8 mühərrikinin birləşdirilərək meydana gəldiyini söyləyə bilərik, buna görə iki V formalı mühərrik bir araya gəldikdən sonra kapotun altında W-a bənzər bir görüntü yaradır. Lakin Bugatti'nin bu rekord sonradan yeniləndi. Devel Sixteen superkarının V16 mühərriki 3050 at qüvvəsi istehsal edir və hətta dəyişikliklərlə 5000 at gücünə qədər artırıla bilər.