“Inspiration” seriyasından olan modellər kolleksiya avtomobilləri kimi səciyyələndirilir. Bu cür Lexus LC-lər xüsusi dekoru ilə digərlərindən fərqlənirlər.
Ban yaşıl rəngə (Terrane Khaki) boyanıb. Güzgülərin korpusu və asma detallar parlaqdır. O, beşyarpaqlı və aksentləri olan 21-düymlük təkər diskləri ilə təchiz edilib. Salon kürən rəngli təbii dəri ilə işlənib. Avtomobil 10 pilləli avtomat sürətlər qutusu ilə birgə çalışır. Arxa ötürücülü avtomobil yerindən 100 km/saata 4,4 saniyəyə sürətlənir. Lexus LC 500 Inspiration Series modeli 5,0-litrlik səkkiz silindirli "atmosfer" mühərriki ilə təchiz edilir. Mühərrikin hasilatı 477 at qüvvəsi və 540 Nm fırlanma anı təşkil edir.