Ən ucuz avtomobil

Qiyməti təxminən 2500 dollardır.

Tata Nano - Hindistanın "Tata Motors" şirkətinin istehsal etdiyi avtomobil markasıdır. Dünyada ən ucuz avtomobillərdən biridir. Qiyməti təxminən 2500 dollardır.

 

Velosiped və ya motosikletə dörd nəfərin mindiyi Hindistan şəhərt.jpglərini avtomobillə doldurmaq və insanların təhlükəsizliyini təmin etmək üçün iş adamı Ratan Tata yığcam və ucuz maşın hazırlamaq qərarına gəldi. Avtomobilin mühərriki "Bosch" firması ilə birgə hazırlanmışdı. Sadə quruluşlu mühərrik az yer tutması üçün arxada, oturacaqların altında yerləşdirildi.

Avtomobildə elektrik avadanlığı, o cümlədən salon qızdırıcısı yoxdur. Sükan gücləndiricisi olmayan avtomobildə cəmi bir şüşəsilən və 1 güzgü var. Oturacaqlar nizamlanmır. Uzunluğu 3,1, eni 1,5 metr olan avtomobil 2 silindrli 33 at gücü mühərriklə (İJ motosiklet kimi) hərəkətə gətirilir. Ekoloji normalara uyğunluq isə başqa mövzudur. Maksimal sürəti 105 km/saat olan avtomobil 70 km/saat sürətə 14 saniyəyə çatır. Avtomobil 4 pilləli sinxronizatorsuz sürət qutusu ilə təchiz olunub. 600 kiloqramlıq avtomobilin yanacaq sərfiyyatı təqribən hər yüz kilometrə 4 litrdir.

Avtomobil elə Hindistan əhalisi üçün hazırlanıb və onlara uyğundur. Kreditlə satışın təşkili isə şirkətə daha çox sayış etməsinə şərait yaratdı.

t_2.jpg

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0