Avtomobillərin paslanma problemi də, əlbəttə ki, sürcüülərin sevmədiyi bir haldır. Qarşısını almaq üçün çüxtəlif tədbirlər görülür.
Avtomobil baxımsız olduqda paslanma riski daha da yüksəlir. Bu məqalədə "Novate"in məlumatlarıma əsasən ən tez paslanan avtomobilləri təqdim edəcəyik.
"Volqa” markalı avtomobillər
Növbəti yerdə 2007-2014-cü ilin istehsalı olan “Ford Mondeo” markalı avtomobillərdir. Bu avtomobillərə, əsasən, də qış mövsümü uzun keçən yerlərdə kuzasının tez paslanması xarakterik xüsusiyyətdir. Buna səbəb bu cür yerlərdə yollara duz səpilməsinin səbəb olduğu bildirilir.
1998-2004-cü il istehsalı “Opel Astra”
"Novate"in bildirdiyinə görə bu avtomobillər çox keyfiyyətsiz fabrik kuzası ilə təmin edilib. Bu avtomobili nəzarətsiz buraxılsa bir neçə ilə avtomobil tamamilə pasla örtüləcək.
“UAZ Patriot” avtomobilləri
Bu avtomobil də korroziyaya qarşı keyfiyyətsiz örtüyü ilə məşhurdur. Nəticədə bu avtomobillər də çox qısa müddətdə paslanmaya məruz qalır.
1995-2006 “Nissan Almera”
Etibarlı görünməyinə baxmayaraq bu avtomobillər də, əsasən, baqaj və mühərrik yerlərinin kapotları, öz qapıları və qapı altılıqlarında tez yaranan pas izləri ilə məşhurdur.
2002-2012 “Mazda 6”
Bu avtomobillərin də kuzası korroziyaya qarşı yaxşı örtüklə örtülməyib. Əgər kiçik problemlərə vaxtında
müdaxilə edilməsə o zaman kuza onun gözləri önündə çürüyə bilər.