Yeni avtomobil alarkən diqqət etdiyimiz məqamlardan biri də onun nə qədər yanacaq sərf etməsidir.
Əlbəttə ki, hər kəs bu baxımdan qənaətcil avtomobillərə üstünlük verir. Yanacağa qənaət təkcə avtomobildən deyil, sürücülərin özlərindən də asılı olan bir mövzudur. Bu baxımdan ən çox yanacaq sərf edən avtomobilləri tanımaqda fayda var. Məhz bu məqaləmizdə sizlərə ən çox yanacaq sərf edən bir sıraa avtomobilləri təqdim edirik.
"Land Rover Discovery Sport"- 11-12 litr
Ən çox yanacaq işlədən avtomobillər siyahısında nisbətən az yanacaq sərfinə görə "Land Rover Discovery Sport" birinci yerdə qərarlaşıb. Rəsmi məlumatlarda "Discovery Sport"un yanacaq sərfi 10,6 litr göstərilir.
"Range Rover Evoque" - 13-14 litr
Növbəti yeri "Ranga Rover Evoque" avtomobili tutur. Avtomobilin qiymətinə nəzər salanda onun yanacaq sərfi o qədər də önəmli görünməyə bilər. Qiyməti 100 min manatdan yüksək olan gözəl görünüşlü avtomobil şəhər yollarında 13-14 litr yanacaq işlədir. Bu maşının real yanacaq sərfi rəsmi məlumatardan çoxdur.
Porsche Cayenne Turbo S Tiptronic (2010) – 100 kilometrə 14,2 litr yanacaq sərf edir.
Mercedes ML 63 AMG 4 Matic AMG SPEEDSHIFT 7G-Tronic – 14,5 litr yanacaq sərf edir
"Mercedes S-Class S 500 "
Avtomobilinin yanacaq sərfi demək olar ki, "Ranga Rover Evoque" modeli ilə eynidir. Üstəlik, "Mercedes S500"ün mühərrikininin həcmi əvvəlki avtomobillərdən 2 dəfədən də çox böyük olduğunu nəzərə alanda, alman mühəndislərinin peşəkarlığı aydın görünür. Hərçənd 240 min manatlıq, 4.7 l mühərrikli "Mercedes S500"ü seçənlər yəqin ki, onun şəhər yolllarında nə qədər benzin işlətməsinə əhəmiyyət vermirlər. Zavod göstəricilərinə görə avtomobil 100 kilometrə 9.1 litr yanacaq sərf etməli idi.
"Ford Explorer" və "Ford Edge"
Ən çox yanacaq işlədən avtomobillər siyahısında Amerikan avtomobillərinin olmaması mümkün deyil. 3,5 litr mühərikli "Ford Explorer" və "Ford Edge" krossoverlərinin qiyməti nisbətən ucuz olsa da yanacaq sərfinə görə nisbətən yüksəkdir. Hər iki avtomobil şəhər yollarında 100 km məsafəyə 14-15 litr yanacaq işlədir.
BMW X5 M (2015) – 15 litr yanacaq sərf edir. Jeep Grand Cherokee SRT8 – 100km 15,6 litr
"Mercedes GL-Class GL500" - 15-20 litr Bentley Bentayga W12 – 15,9 litr
“Toyota LS Prado” -16-20 litr
“Toyota LS Prado” mühərrikinin nisbətən kiçik (2,7 litr) və qiymətinin də nisbətən ucuz olmasına baxmayaraq yanacaq sərfinə görə bəzi bahalı modelləri də geridə qoyub. Yeni “Prado” şəhər yollarında real olaraq 16-20 litr yanacaq işlədir. Baxmayaraq ki, rəsmi təqdim olunan texniki göstəricilərdə avtomobilin şəhər rejimində hər 100 kilometrə cəmi 12,5 litr yanacaq sərf etdiyi bildirilir.
“Lexus LX 570” -20 litr
Məşhur yapon brendinin dəbdəbəsindən gözləri qamaşanlar bəlkə də yanacaq sərfinə diqqət yetirmirlər. Bakıda yenicə satışa çıxarılan “Lexus LX 570” avtomobili şəhər yollarında 20 litr yanacaq sərf edir. Onun qiyməti təxminən 205 min manatdır.
“BMW X5” və “BMW X6” -20-22 litr
Real benzin sərfinə görə bu alman brendləri də fərqlənir. 5.0 l həcmində mühərrik “BMW X5” və “BMW X6”ya əla dinamika bəxş etməklə yanaşı, yanacaq çənini də sürətlə boşaldır. Avtomobilin sənədlərində şəhər rejimində benzin sərfinin 14.7 olduğu göstərildiyi halda, real yanacaq sərfi 20-22 litr təşkil edir.
“Nissan Patrol” -20-22 litr
Sözün həqiqi mənasında nəhəng “Nissan” da çox benzin sərfiyyatı ilə seçilir. 5.6 l mühərrikli “Nissan Patrol” da 20-22 litr yanacaq işlədir.
“GMC Yukon” və “Cadillac Escalade 4.4” -23-24 litr
Kiçik yük maşınlarını xatırladan Amerika nəhəngləri ən çox benzin işlədən avtomobillərdən biridir. Buna 6.2 litr mühərrikli “GMC Yukon” və “Cadillac Escalade 4.4” avtomobillərini misal göstərmək olar. Avtomobilin zavod göstəriciləri 100 km məsafə 17-19 litr olsa da, sport rejimdə real yanacaq sərfi 23-24 litr təşkil edir.
“Toyota LS 200 “- 20-25 litr
Azərbaycanda satışda olan minik avtomobilləri arasında ən çox yanacaq işlədən avtomobil “Toyota LS 200 “ modelidir. 4.6 litr mühərikli avtomobil şəhəriçi yollarda 13.3 l əvəzinə 20-25 litr benzin işlədir. Təkcə şəhər yollarında deyil, şosedə də yanacaq sərfi çoxdur. “Toyota LS 200 “ Bakıdan Şirvana qədər məsafə qət eləmək üçün 15-16 litr benzin işlədir.