Avtomobilin rəngi və sürücünün xarakteri

Seçdiyimiz rənglər xarakterimizi əks etdirir. Bu avtomobillərdə də belədir. Lakin bu həqiqəti əks etdirməyə də bilər. Çünki qərarlarımıza təkcə xarakter deyil başqa amillər də təsir edir.

Qara rəng

av_1.jpg

Qara avtomobili adətən öz möhkəmliyini və yüksək səviyyəsini göstərməyə çalışanlar idarə edir. Amma dövrümüzdə çoxları qara rəng avtomobilə üstünlük verir. Bu rəng onların xarakterilə heç də hər zaman uyğun gəlmir

Ağ rəng

 av_2.jpg

Ağ rəngi adətən mühafizəkarlar seçirlər. Qadınlar bu halda hesab edirlər ki, ağ avtomobildə onlar daha gənc görünürlər. Ağ rəngli avtomobillər də geniş yayılmışdır, istilər zamanı bu rəng maşın daha az qızdığı üçün üstnülk verilir.

Boz və gümüşü rəng

 av_3.jpg

Gümüşü avtomobillərin sahibləri öz qaydaları üzrə yaşayır və heç vaxt onları pozmurlar. Onlar avtomobili həmişə əla vəziyyətdə saxlayırlar, buna görə də daim texniki baxışdan keçirirlər. Gümüşü avtomobillərdə toz və ləkələr nəzərə çarpmır.

Sarı rəng

 av_4.jpg

Optimist insanlarən seçdiyi rəngdir. Bu avtomobillərin sahibləri gülərüz, enerjili, xoşbəxt və ünsiyyətcil olurlar.

Qırmızı rəng

av_5.jpg

Bu rəng güclü və hökmlü, böyük iradə gücünə malik olan, həmçinin özlərinə yüksək diqqət tələb edən və hirsli təbiətə malik olan insanların seçimidir. Qırmızı maşınlar melanxoliklərə uyğun gəlmir. Xanımlar çox vaxt qırmızı maşını yuxarıda qeyd olunan səbəblərə görə deyil, onun qəşəng göründüyü üçün seçirlər.

Yaşıl rəngli

 av_6.jpg

Yaşıl rəngi əksər hallarda təbiəti sevən insanlar seçir. Səbəbi aydındır. Bu rəngin seçiciləri yol qaydalarını çox az hallarda pozurlar.

Göy rəngli

 av_7.jpg

Bu avtomobilin sahibləri tarazlaşdırılmış xarakterə malik olurlar. Açıq göy və mavi rənglər səma, rahatlıq, sakitlik rəngləridir. Bu rəngi daha çox melanxoliklər seçir. Belə rəng onun seçən insanın tez yorulmasından, onun üçün ətrafındakılarların fikri və onların xeyirxahlığının çox əhəmiyyətli olmasından danışır. Çox zaman göy avtomobilin sahibi təvazökar insanlardır. Sübut edilmişdi ki, yorulma və ya xəstəliklər zamanı insanlar göy rəngə qarşı daha çox həssas olur, çünki bu zaman onlar rahatlığa ehtiyac duyur.

Çəhrayı

 av_8.jpg

Romantika və sevgini sevənlərin seçimidir.

Narıncı rəng

 av_4_copy.jpg

İntiusiya yüksək dərəcədə inkişaf edən, cəsarətli insanların seçimidir. Möhtəşəm ideyalara malik olurlar.

Avtomobil alarkən nələrə diqqət etməliyik?

İndi isə sizə yeni bir avtomobil alarkən nəyin nəzərə alınmalı olduğunu xatırladaq:

Baqaj həcmi yüksək olan 7 nəfərlik avtomobillər

MERCEDES GLS SUV

Lüks nəqliyyat vasitələri kateqoriyasında olan Mercedes GLS SUV, 7 nəfərlik avtomobil modellərinə çox yaxşı bir nümunədir.

Abunə ol