Əyləc sistemi bir avtomobilin ən vacib mexanizmlərindən biridir.
Əyləc sisteminin ən vacib hissələrindən biri də elə əyləc yastığıdır. Əyləc sistemi nəqliyyat vasitəsinin hərəkətini yavaşladan və əyləc pedalı vasitəsi ilə təkər sisteminə ötürən bir mexanizmdir. Əyləc yastığı üçün bu sistemdə pedalı basdığımızda, diskə qarşı sürtməklə nəqliyyat vasitəsinin sürətini azaldan hissə adlandıra bilərik. Əyləc yastığının düzgün işləməsi avtomobilin ömrünün də uzadılması deməkdir. Bu səbəbdən onların dəyişdirilməsi və istismarı kimi məsələlər böyük əhəmiyyət kəsb edir.
Əyləc yastığının ən vacib xüsusiyyətləri:
- Daimi sürtünmə performansı;
- Sürtünmə əmsalının əyləc təzyiqi;
- Sürətdən və temperaturdan asılı deyil;
- Yüksək mexaniki gücü;
- Aşağı səs-küy səviyyəsi;
- İqlim şəraitindən təsirlənmir;
- Aşınma qabiliyyəti azdır.
Əyləc yastiqləri üç qrupa bölünür: üzvi, keramika və metal. Ekoloji cəhətdən təmiz üzvi əyləc yastiqləri nisbətən sakit olduqları və sistemdə daha az aşınma yaratdıqları üçün seçilir. Bununla birlikdə, üzvi olduqları üçün metallarla müqayisədə daha qısa bir ömrü var. Seramik əyləc yastığı istehsal baxımından bahalı olmasına baxmayaraq, aşağı səs-küy səviyyəsi ilə diqqəti cəlb edir və heç bir şəkildə toz və qalıq buraxmır. Metal əyləc yastığı, istiliyə və sərt şərtlərə davamlı olduğu üçün ən çox yayılmış əyləc yastığıdır.
Əyləc yastığının ömrünü qısaldan müəyyən vəziyyətlər var. Davamlı dayanma, birdən - birə sürətlənmə və ya yavaşlama, sərt sürücülük davranışı və s. Bundan əlavə, başqa bir məlum həqiqət, avtomatik transmissiya nəqliyyat vasitələrində əyləc yastiqləri, mexaniki avtomobillərdəki əyləc yastiqlərindən daha sürətli köhnəlir. Bunun əsas səbəbi, bu tip nəqliyyat vasitələrində sürət idarəsinin davamlı olaraq əyləc pedalı ilə olmasıdır. Əyləcdən istifadə etdikdə eşidilən metal sürtünmə səsi əyləcin artıq zəiflədiyinə işarə ola bilər.
Belə ki, əyləc yastığı zəifləyirsə nə olacaq? Əyləc zəifləyir, əyləc mayesi də normal səviyyədən aşağı düşür. Bu, yol hərəkətində hər kəsin təhlükəsizliyinə mane olan bir vəziyyət kimi qəbul edilə bilər.
Əyləc yastığının orta ömrü 60 min kilometrə bərabər olsa da, bu rəqəm dəyişə bilər. Əslində, qeyd edildiyi kimi sürücüdən də asılıdır.