Əvvəlcə, benzin nədir nəzər yetirək: benzin neftdən emal edilən bir növ yanacaqdır.
Motorun çalışması üçün ona güc lazımdır. Bəs güc necə əldə edilir? Bunun üçün hava və yanacağın sıxışdırılması lazımdır. Sıxışdırma nisbəti 10-dan yuxarı olan motorlarda Aİ-95 markalı yanacaq sarsıntılara səbəb ola bilir. Çünki bu motorlar Aİ-98 yanacağı ilə işləməlidir.
Aİ-95 ilə işləyən motora Aİ-92 tökdüyünüz zaman motor zəifləyəcək və zamanla ciddi problemlər yaranacaq. Bu necə olur? Motorda silindrin içərisində yanacaq və hava qarışığının sıxışdırılması zamanı istilik artır və şam (sveça) alışdırmanı həyata keçirməmiş yanacaq vaxtından tez alovlanır və motor vurmağa başlayır. Bu da motorun gücünü aşağı salır. Əslində isə vuruntunun olmaması üçün benzinin daha çətin alovlanması lazımdır. Motor üçün hansı yanacaq uyğundursa ondan istifadə etmək vacibdir, həmin uyğun olanla motorunuz vuruntu olmadan işləyəcək. Aİ-95 ilə işləyən motora Aİ-98 tökülən zaman da yenə də motorun iş prinsipinə mənfi təsir göstərəcək və zamanla onu sıradan çıxaracaq.
98 oktanlı benzinin 95 oktanlı benzinə görə ən böyük üstünlüyü, daha yüksək Oktan Sayına sahib olması səbəbilə mühərrikin işləməsi əsnasında meydana gələ biləcək vuruntuya qarşı müqavimətini artırır.
Aİ-98 əvəzinə Aİ-95 istifadə etdikdə avtomobiliniz əvvəlkindən daha çox miqdarda benzin sərf edəcək. Aİ-98 ilə çalışan motor daha səssiz işləyir. Həmçinin katalitik çeviricinin daha uzun müddət istifadə edilməsinə təsir edir.
Yaponiya və ABŞ və s. kimi ölkələrdə yarış avtomobilləri üçün daha çox performans əldə edən 100 oktanlıq benzin növü var. Məsələn: "Dodge Challenger SRT Demon" 100 oktanlıq yanacaqdan istifadə edir. Bu avtomobilin 0-100 km/s sürətlənməsi üçün 2.5 saniyə tələb edilir.