Avtomobilin güzgülərinin tənzimlənməsi

Avtomobilinizin güzgüləri onu idarə edərkən ən böyük köməkçilərinizdən biridir.

Güzgülər nəqliyyatda hərəkət zamanı, parkinq zamanı sizə kömək olacaq. Müasir avtomobillər arxa kameralar, park sensorları ilə təchiz edilsə  də güzgülərin də düzgün vəziyyətdə olması sizin üçün üstünlükdür və düzgün olması lazımdır. Həmçinin bu sistemlərin olmadığı avtomobillər də az deyil.

Arxa görünüş güzgüsünü tənzimləyərkən avtomobilin arxa pəncərəsi aydın görünməlidir. Unudulmamalı olan ən vacib amillərdən biri də görmə sahənizi məhdudlaşdıran arxa pəncərədə heç bir aksesuar və ya əşyanın olmamasıdır. gözləriniz narahat olarsa, orta arxa baxış güzgüsünü çox az qaldıra bilərsiniz. Sürücü avtomobil idarə etdiyi şəkildə əyləşməli və ona əsasən güzgünü tənzimləməlidir. Həmçinin arxada sərnişinin əyləşə biləcəyini də nzəərə almaq lazımdır.

gg_2.jpg

Yan baxış görünüş güzgülərini necə tənzimləmək olar?

Yan arxa görünüş güzgülərində, izlədiyiniz yol xəritəsi aşağıdakı kimi olmalıdır: Sol arxa görünüş güzgüsünü tənzimləyərkən, güzgü nəqliyyat vasitənizi görməməlidir və sola bir az əyildikdə nəqliyyat vasitənizi görə bilməlisiniz. Sol yan aynaya toxunacaq dərəcədə sola əyilin. Avtomobilin arxa qanadını görəcək şəkildə güzgünü nizamlayın. Daima avtomobil idarə edərkən oturduğunuz tərzdə güzgüdə faktiki olaraq avtomobilin yan tərəfini görməyəcəksiniz. Eyni qayda sağ arxa baxış güzgüsü üçün tətbiq olunur. Başınız avtomobilin mərkəzində olacaq şəkildə sağa əyilin. Güzgüdə siz avtomobilin arxa tərəfini görməlisiniz. Sürücülərin yan güzgülərin tənzimlənməsi zamanı xüsusilə düşdükləri ən böyük səhvlərdən biri, güzgüləri görüntü bucaqlarını bilmədən dar bir açıda yerləşdirməsidir.

Hətta doğru nizamlanmış güzgülərin də “kor” zonaları var. Buna görə də hər zaman diqqəli olmalısınız. Güzgülər nizamlanarkən avtomobildə normal idarə etdiyiniz tərzdə əyləşməli və hərəkət zamanına uyğun situasiyaya uyğunlaşmalısınız. Güzgüləri hər zaman bir-bir yoxlayın, təmiz və möhkəm olduğundan əmin olun.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0