Bunları oxumadan akkumulyator almayın

Mühərrikin ilk növbədə start götürə bilməsi üçün enerji mənbəyi kimi akkumulyator çox vacib rol oynayır.

Avtomobil akkumulyatoru  - metal plitələrin endirildiyi sulfat turşusu olan bir elektrolit olan kiçik bir qabdır. Avtomobillərdə məsələn: 80 AmperHours batareya olması o deməkdir ki, 1 saat içində 80 amper güc ala bildiyimizi göstərir. Yəni Batareyaya 80 amperlik alət taxıb işlətsəniz onun enerjisi 1 saat sonra bitəcək. Avtomobilin kitabçası hansı gücdə batareya tələb edirsə mütləq həmin güclü batareya ilə təmin olunmalıdır. Əks halda bir müddət sonra problemlər yaranacaq. Üstündə istehsal tarixi açıq şəkildə yazılmayan akkumulyatoru almaqdan qaçının. İstehsal tarixi 3 ayı keçməmiş akkumulyatorlardır. İstehsal tarixi "K4X" tipli kodlarla qeyd olunur deyə bilməyən alıcılar məlumatsız olur. Bəzi hallarda isə akkumulyatorun -/+ qütblərinin qoşulma hissəsində də həftə və il üzrə 4 rəqəm qeyd edilə bilir.

A – yanvar

X – Corona, CA

B – fevral

Y -  Augusta, GA

C – mart

Z  -  Evans, GA

D – aprel

 

E – may

 

F – iyun

 

G – iyul

 

H – avqust

 

I – sentyabr

 

J – oktyabr

 

K – noyabr

 

L – dekabr

 

Batareyaların müxtəlif standartları var. Soyuq mühərriki işə salma gücü CCA (Cold Cranking Amps) amperi ilə ölçülür. CA dəyəri sıfır dərəcə temperaturda batareyanın 30 saniyə verə biləcəyi maksimum amper gücünü göstərir. CCA isə -17 dərəcədə maksimum amperi bildirir. Alternator xarab olduğu zaman rezerv enerji ilə təmin edilə bilməsi üçün RC (Reserve Capacity) dəyəri yüksək olmalıdır. Ümumi olaraq CCA və RC dəyərləri yüksək olan batareya daha keyfiyyətli batareya sayılır. İqlimi soyuq olan yerdə yaşayırsınızsa batareya alarkən CCA dəyərini üstün tutmalısınız. İsti iqlimli yerdə yaşayırsınızsa CCA dəyərinə ehtiyacınız yoxdur.

Batareyanın neçə faiz enerji ilə dolu olmasını Voltmetr və ya Multimetr ilə yoxlaya bilərsiniz. Dəyərlər 12.6-13 Volt göstərirsə 100% dolu deməkdir.

Bəzi hallarda batareyanın -/+ birləşmə hissələrində paslanma kimi hallar baş verir. Bu zaman onu sadəcə təmizləmək kifayətdir. Öncə mənfi kabeli, daha sonra müsbət kabeli sökün. Batareyanı götürüb avtomobildən kənara qoyun. Karbonat və ya su ilə batareyanın birləşmə yerlərini, pas və çirki təmizləyin.

Normal şəraitdə avtomobilin akkumulyatoru nəqliyyat vasitəsinin içərisində yerləşən elektrik generatoru ilə doldurulur. Mağazada satın alınan xüsusi cihazdan istifadə edərək batareyanı doldurmaq olar. Təlimatlarda göstərilən qaydalara və tövsiyələrə uyğun aparılmalıdır.

Yeni bir batareyanı doldurmaq lazımdırsa, əvvəlcə onu maşından çıxartmalı və bunun üçün uyğun yerə aparmalısınız. Ancaq bu mümkün deyilsə, bu birbaşa avtomobilin özündə yerləşsə belə edilə bilər. Ancaq bundan əvvəl təhlükəsizlik tədbirlərinə də diqqət yetirməlisiniz.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0