Dizel mühərrikdə yanacaq çəninə yağ qatmaq olarmı?

Bəzən deyirlər ki, yanacaq çəninə yağ qatılarsa sistemin yağlanmasına, təmizlənməsinə, qorunmasına səbəb olacaq.

Buna görə də bir çox sürücülər bunu edir. Bəs edilməlidirmi, edilərsə hansı təhlükələr var bu barədə danışacağıq.

Əvvəlcə, qeyd edək ki, yanacaq çəninə yağ qatılmamalıdır. Bunun 2 mühüm mənfi nəticəsi ola bilər. Əvvəlcə, mühərrikə ola biləcək zərərdən danışaq. Avtomobillər əgər “yağ yeyirsə” sürücülər narahat olur. Bu da onun miqdarıdan asılıdır. Nə qədər çox olarsa sürücü də bir o qədər narahat olur. Çünki nəticə olaraq mühərrikin sıradan çıxmasından qorxurlar. Bu da ,əsasən, 5000 km sürüldükdə 1-1.5 litr olduqda xüsusi nəzərə çarpır. Bu hal yanma kamerasına kütləvi olaraq yağ daxil olur deməkdir. Yanacaq çəninə yağ qatıldığı halda o, bütün yanacaq sistemində hərəkət edəcək və yanma kamerasına gedib düşəcək. Belə çıxır ki, dizel mühərrikli avtomobil təxminən 300-400 km getdikdə mühərrikə 1 litr yağ daxil olacaq.  Sonra mühərrikin içərisində porşenlər, klapanlar, şamlar olduğu hissədə 1 litr əlavə yağ yanacaq. Çünki o yanacaq çənindən yanacaqla bərabər sistemə daxil olur. Buradan bir nəticə çıxarsaq görərik ki, yanacaq çəninə yağ qataraq həmin narahat olduğunuz məqamı özünüz yaratmış olursunuz. Bu zaman da bir hesablama aparsaq özümüz etdikdə adi haldan dəfələrlə çox yağ sistemə qatmış olursunuz. Yanacaq çəninə qatılmış 1 litr yağ 5000 km yola 15 litr yağ yeməyə bərabərdir. Bu da sistemin zədələnməsinə və məhv olmasına təsir göstərəcək. Yanma kamerası məhv olur, porşenlər, klapanların zədələnməainə səbəb olacaq.

Bundan başqa da qeyd edilməlidir ki, avtomobilin yanacaq sistemi burada yalnız yanacağın səmərəli hərəkəti üçün formalaşdırılıb və tənzimlənilir. Təbii ki, qatı olması məlum məsələdir. Adi gözlə də yanacaq və yağı fərqləndirə bilərik. Bu fərq təkcə bunda deyil, onların kimyəvi tərkibi və həmçinin yanması da fərqlidir. Yanmadan yaranan qalıqlar da fərqlidir. Bunun da neqativ nəticələri ortadadır. Zavod tərəfindən istehsal edilərkən nəzərə alınmamış bir maddəni yanacaq sisteminə qatmış olursunuz. Çünki bu sistem onun üçün nəzərdə tutulmayıb. Nəticə olaraq yanacaq sisteminə yağ qatılması yanacaq sisteminin də xeyli zərər görməsinə olur.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0