Faraları necə parlatmaq olar?

Avtomobildə rastlaşdığımız, amma sevmədiyimiz hallardan biri də faraların şüşəsinin təmiz olmaması və parlaqlıq problemidir. Avtoyumadan sonra da içində buğlanma yarana bilir. Avtomobillərin faraları plastikdən hazırlandığından zamanla sarı və tutqun ola bilər. Bunun qarşısını almaq üçün onları dəyişdirmək əvəzinə parlada bilərsiniz.

Faraları çöldən parlatmaq üçün aşağıdakı addımları bilmək lazımdır:

  • Sumbata kağızı (şkurka) ilə faranı sürtmək lazımdır. Əgər çox bərbaddırsa 1000-lik hətta 500-lük sumbata ilə başlayıb daha sonra 1000, 1500, 2000 və 2500-lüklə davam edirik ki, faranın üzündəki bütün nahamarlıqlar yoxa çıxsın.
  • Sumbatanı suya batırıb faranın hər yerini dairəvi şəkildə silirik. Bunu əl ilə 5 dəqiqə etmək kifayətdir. Sonra 2000-lik və daha sonra 2500-lük sumbata ilə eyni qaydada suya batıraraq faranı sürtürük. Sumbata avtomobilin boyasına zərər verməsin deyə fara kənarlarına yapışqan kağız çəkmək lazımdır. Sürtüb qurtardıqdan sonra faranı təmiz su ilə yuyuruq ki, üstündə kir qalmasın. Ən sonuncu sumbata ilə faranı sürtüb qurtardıqdan sonra fara yuyulub təmizlənir və quru dəsmal ilə qurulanır ki, su damlaları qalıb parladıcı kremə qarışıb kremin keyfiyyətini itirməsin. Kifayət qədər parlaq və hamar olduğunu hiss etdikdə prosesi dayandıra və yenilənmiş faralarınızdan ləzzət ala bilərsiniz.

fa_2.jpg

İçəridən parlatmaq:

Üz qapaq çıxarılmalıdır. Germetikanı eləcə dartıb çıxarmaq olmaz, yoxsa faranın üz qapağı qırılar. Bunun üçün texniki fen ilə faranın kənarlarını az-az isidib germet kleyi yumuşaltmaq lazımdır. Bundan sonra çıxarılan üz qapağını su ilə yuyub qurulamaq kifayətdir. Faranın içini isə suya salmadan nəm dəsmal ilə yavaş-yavaş silmək kifayətdir.

Avtomobili avtoyumadan çıxardıqdan sonra faranın içində bəzən nəm əmələ gəlir. Bu hal mühərrik və radiator istiliyinin təsirindən, faranın çölündəki temperaturun aşağı düşməsi nəticəsində fara içindəki istiliyin artması ilə də meydana gələ bilər. Fara daxilində istilik artdığı üçün içəridəki nəm şüşəyə doğru yayılır. Nəmlilik nisbəti artıb doyma nöqtəsinə çatdığı zaman faranın içində nəm soyuq hissədə toplaşmağa başlayır və buğ əmələ gəlir. Buğun öz-özünə getməsi üçün uzaq və yaxın işıqları yandırıb saxlayın. İsti havanın fara içindən çıxması üçün faranın müxtəlif yerlərində hava deşiklərinin açıq olmasını yoxlamaq lazmdır. Faraları təmizlətdikdən sonra şəffaf örtüük tətbiq edərək səthini qoruya bilərsiniz.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0