Hər bir sürücü bunları bilməlidir

Bütün sürücülərin bilməli olduğu bir çox məsələlər vardır ki, onlara riayət edilməlidir.

Bütün bunlar sizin özünüz və ətrafdakı digər insanların təhlükəsizliyinin təmin edilməsi üçün müəyyən edilir. Bu məqaləmizdə bütün sürücülər nələri bilməlidir ondan danışacağıq.

İlk öncə, qeyd edək ki, əlbəttə ki, hər bir sürücü yol nişanları, yol hərəkəti qaydalarını bilməli və riayət etməlidir. Təhlükəsizlik kəmərindən istifadə etmək də mütləqdir.

Nəqliyyat vasitələrini daha uzun müddət istifadə etmək və yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün avtomobilləri yoxlatmaq, texniki baxışdan keçirmək və yaranmış hər hansı bir nasazlığı dərhal aradan qaldırmaq lazımdır. Problemlərə laqeyd yanaşmaq olmaz. Buna görə də nəqliyyat vasitəsinin hər baxımının məcburi olduğunu söyləmək olar. Avtomobil sığortasının olması lazımdır.

Sürücülük edərkən yüksək səslərə qulaq asmaq, telefonda danışmaq və avtomobildə olan insanlarla söhbətə girmək kimi digər şeylərlə maraqlanmamalıdır. Sükanı götürməyə qərar verən hər bir sürücü əvvəlcə sakit və inamlı olmalıdır.

Sürücülük vəsiqəsi alarkən ilk yardım təhsili verilir, ancaq zamanla unutmaq olar. Buna görə də zəruri məlumatları mütəmadi olaraq təkrar etmək, məntiqi təhlil etmək faydalıdır.

Sürücünün bilməli olduğu digər məsələlər avtomobildə saxlanması lazım olan materiallar və avadanlıqlarla yanaşı, nəqliyyat vasitəsində bəzi sənədlər də var.

Şəxsi avtomobillərdə saxlanılacaq sənədlər:

Bunlar lisenziya, sürücülük vəsiqəsi, sığorta ilə əlaqədar sənədlər, nəqliyyat vasitəsinə baxış sertifikatı, nəqliyyat vasitəsi vergi sənədi kimi vacib sənədlərdir.

Ehtiyat təkər və yanğınsöndürən vasitə də olmalıdır.

hs_2.jpg

           

Eyni zamanda, tibbi çantanı da unutmaq olmaz. Tibbi çantada nələr olmalıdır aşağıda qeyd edilib:

1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:

1.1. Analgin 0,5 №10 (yaxud əvəzedici) qutu – 1 ədəd;

1.2. Portativ hipotermik (soyuducu) paket – konteyner – 1 ədəd;

1.3. Natrium sulfasil məhlulu tubik – 1 ədəd;

1.4. Aspirin qutu – 1ədəd.

2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vəsaitlər:

2.1. Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut – 1 ədəd;

2.2. Steril bint 10×5 sm – 1 ədəd;

2.3. Qeyri-steril bint 10×5 sm – 1 ədəd;

2.4. Qeyri-steril bint 5×5 sm – 1 ədəd;

2.5. Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8×10 sm ölçüdə MAQ atravmatik sarğısı – 1 ədəd;

2.6. Bakterisid leykoplastr 2,5×7,0 sm yaxud 2×5 sm – 8 ədəd;

2.7. Kapilyar və venoz qanaxmaları saxla- ədəd 3 MAQ üçün 6×10 sm, 10×18 sm ölçüdə furaqinli «Koleteks QEM» steril salfetləri, yaxud statin (toz halında) 1,0 qr – 3 dəst;

2.8 Spirtdə 5 faizli yodun yaxud1 faizli brillant abısının məhlulu (zelyonka) – 1 flakon;

2.9. 1×500 sm, yaxud 2×500 sm, yaxud 1×250 sm ölçüdə leykoplastr – 1 ədəd;

2.10. Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6 hər birindən – 14 ədəd;

2.11. Pambıq 50 q – 1 bağ

3. Ürək ağrılarına qarşı vəsaitlər:

3.1. Nitroqliserin həbləri №40 yaxud kapsulası №20 (trinitrolonq) – 1 qutu;

3.2. Validol (tabletka yaxud kapsula) – 1 qutu

4. Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:

4.1. Süni nəfəs vermək üçün alət – «Ağız-qurğu-ağız» – 1 ədəd

5. Bayılmaya qarşı vasitə:

5.1. Ammiak məhlulu (naşatır spirti) – 1 flakon

6. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:

6.1. Enterodez qutu 2 yaxud aktivləşdirilmiş kömür №10 – 1 qutu

7. Stres hallarına qarşı vəsaitlər:

7.1. Korvalol – 1 flakon

8. Küt uclu qayçı – 1 ədəd

9. Təlimat – 1 ədəd

10. Plastmas futlyar – 1 ədəd

hs_3.jpg

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0