Avtomobildə mühərrik kuzaya yastıqlat vasitəsi ilə birləşdirilir.
Mühərrikdə sağ və sol yastıqları olur. Onların yerinə yetirdikləri funksiyaları da fərqlidir. Sağ yastıq daha tez sıradan çıxır. Onların yeganə funksiyası mühərriyi saxlamaq deyil həmçinin sərinişinləri və kuzanı müdafiə edir.
Mühərrikdə yastıqlar sıradan çıxdığı zaman dərhal dəyişdirilməsə avtomobildə silkələnmə hiss olunacaq. Hərəkət edən zaman bu hiss olunmur, çünki mühərrik sürətdə olur. Həmçinin avtomobilin kuzasında da fəsadlar yarana bilər. Mütəmadi silkələnmə olarsa kuzada da fəsadlar yarana bilər. Təyin edilməsi çox rahatdır. İstənilən servisdə təyin etmək olar. Mühəriyin yastığının sıradan çıxması, həmçinində sürət qutusun silkələnməsinə də gətirib çıxarır və sürət qutusunda olan yastığı da və həmçinində arxa asqı sistemində olan balkan yastıqlarını da zamanla sıradan çıxardır. Ön hissədən başlayan silkələnmə ümumiyətlə avtomobilin asqı sistemini zədələyir.
Mühərrik yastığının içində yağ və klapan olur. Mühərrik olan hissə çox qızdığı üçün zamanla (tez bir zamanda) həmin yastığın rezini quruyur və nəticədə yararsız olur. Ona görədə orijinal yeni yastıqlar alın. Sağ və ya sol hər hansı biri sıradan çıxdıqda hər iksini dəyişməyiniz yaxşıdır. Mühərrik yastığının sıradan çıxma halları ancaq mühərrik nasaz işlədikdə baş verir. Yastığa çox güc düşür və o, hesablanmış normativdən artıq səviyyədə işləyir və klapanını sıradan çıxarır.
Bəzən sürücülər, ümumiyyətlə, xərcləri azaltmaq məqsədilə işlənmiş ehtiyat hissələri alırlar və ya daha ucuz olanı. Daha ucuz olanı almazdan əvvəl onun keyfiyyətini dəqiq yoxlayın. İstifadə edilmiş və ya keyfiyyətsiz yastıqlar almamağınız tövsiyə edilir. Çünki istifadə edildikdə mühərrik yastıqları həmin mühərriyə uyğun olaraq vəziyətini alır. Bu zaman da problemlər yarana bilər.
Avtomobil irəli gedəndə mühərriyə olan təzyiq sağ tərəfə düşdüyündən, mühərrik sağ tərəfə doğru təzyiqi daha çox verir, amma arxaya hərəkət etdikdə avtomobil mühərriyi təzyiqi sol tərəfə düşür.