Mühərriki niyə və necə yumalı?

Tez-tez avtomobilimizi yuduzdururuq, salonunu təmizləyirik, eyni şeyi mühərrik üçün də etməliyik və onları təmiz saxlamalıyıq.

Niyə mühərriki yumaq lazımdır?

Üzəri palçıqla örtülmüş mühərrik texniki mayelərin (soyutma vasitələri, yağlar) sızmasına nəzarəti çətinləşdirir. Bu zaman avtomobil istifadəçisi nasazlığı vaxtında görə bilmədiyi üçün böyük risklər yarana bilir. Toplanmış palçıq örtüyü istilik mübadiləsinin azalmasına səbəb olur. Nəticədə köhnəlmə prosesi sürətlənir.

Mühərrik üzərində toplanan çirkab elektrik keçiriciliyinə də mənfi təsir göstərir. Nəticədə mühərrikin işə düşməsi çətinləşir. Daha bir vacib məsələ – təmiz mühərrikin yanma ehtimalı daha azdır. Mühərrik bölməsində yağ sızıntısı, yağın buxarlanması yanğına səbəb ola bilər. Avtomobil emalatxanalarının əksəriyyəti çox çirkli maşınları işə götürməkdən sadəcə imtina edirlər. Mühərrikin müstəqil yuyulması üçün xüsusi yuyucu vasitə almaq və ya şampunlu sudan istifadə etmək olar.

my_2.jpg

 

Bəs mühərriki necə yumalıyıq?

Kopotun altında su şırnağının və rütubətin aqressiv təsirinə qarşı bir çox "həssas" yerlər var. Bunlara elektrik avadanlıqlarının, naqillərin, kontaktların və çıxıntıların, zavod yarlıklarının, kapotun izolyasiyasının olduğu yerlər və s. daxildir. Buna görə də kuzovdan fərqli olaraq mühərriki yüksək təzyiq aparatı ilə yumaq tövsiyə olunmur. Həmçinin güclü axınlı su şırnağı vacib məlumatlar yazılmış stikerləri və həmçinin detalların boyalarını qopara bilər.

Prosesi aşağıdakı ardıcıllıqla etmək məqsədəuyğundur:

  • Rütubətə qarşı həssas detalları: akkumulyatoru, generatoru, mühərrikin idarəetmə blokunu, qoruyucular blokunu, bölüşdürücünü, naqilləri, elektrik çıxıntılarını sellofan və ya digər vasitələrlə sarımaq;
  • Mühərriki qızdırırıq (o isti olmalıdır, amma qaynar deyil) və söndürürük ;
  • Akkumulyatoru (çıxardmamaq olar, amma “mənfi” hissəni ayrımaq lazımdı) çıxardırıq;
  • Yuma məqsədi ilə motor bölməsinin bütün məkanına kimyəvi vasitə çəkmək və lazımi müddət ərzində gözləmək;
  • Köpüyü yüngülvarı su şırnağı ilə yumaq (bunu yuyucu aparatla da etmək olar, amma təzyiq minimal olmalıdır) və əgər haradasa çirk qalıbsa mühərrikin ayrı-ayrı hissələri üçün bu proseduru təkrarlamaq;
  • Təmizlədikdən sonra sellofanı çıxarmaq, mühərriki kompressor ilə qurutmaq lazımdır. Həmçinin tozsoran ilə də qurutmaq olar. Ən pis halda mühərriki işə salıb nəmin buxarlanmasını gözləmək olar;
  • Sonda mühərriki işə salmaq və onun dayanıqlı işlədiyinə əmin olmaq lazımdır.

Mühərriki ildə bir-iki dəfə yumaq məsləhətdir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0