Mühərriklər adətən yüksək temperatur nəticəsində yağların qalıqları və yanacağın yanmayan hissələri ilə çirklənir.
Bu zaman mühərrikdə səs və güc itkisi yarana bilər, emissiya sisteminə zərər verə bilər, hətta mühərrikin dağılmağına səbəb ola bilər. Qarşısını almaq mümkünsüz deyil, yalnızca yaxşı yağ və Motor Flush ilə bunu edə bilərsiniz.
Yağ kanalları kiçik borulardan ibarətdir. Bu borular tutularsa daha ciddi detalların yağsız işləməsinə səbəb olacaq. Bu da həmin detallara neqativ təsir göstərəcək.
Bu zaman sual yaranır ki, yağı dəyişəndə qalıqlar təmizlənirmi? Biz karteri açıb köhnə yağı boşaltsaq da mühərrikin içində qalıqlar qalır. Dəyişmək üçün yeni əlavə edəcəyimiz yağı tətbiq edirik. Əlavə etdikdən sonra mühərrik işə düşdükdən sonra çox qısa zamanda həmin qalıqlar təzə yağa qarışır və onunla bərabər sistemdə hərəkər edir. Nəticəsi artıq aydındır, yenidən çirklənmə əmələ gəlir. Buna görə də bunların qarşısını almaq üçün hər yağ dəyişəndə Motor Flush istifadə edin.
Bəs o qalıqlardan necə qurtulmaq olar?
Köhnə yağı boşaltmazdan əvvəl Motor Flush köhnə yağa əlavə edin. Bundan sonra mühərriki işə sala bilərsiniz. Lakin həmin anda avtomobilə qaz verməyin. Müəyyən qədər gözləməli olacaqsınız. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra karteri açın və həmin yağı boşaldın. Bundna sonra yeni yağı əlavə edə bilərsiniz. Faydası dəyə biləcək zərərlərin qarşısını almaqdır. Bunları etdikdən sonra mühərrik keyfiyyətli işləyəcək, təmiz olacaq. Bu da uzunömürlü bir mühərrik və daha rahat sürücülük deməkdir.
Təbii ki, Motor Flush edərkən keyfiyyətli məhsul olduğundan əmin olun. Keyfiyyətsiz məhsullar (Motor Flush) mühərrikə ziyan vura bilər.