Radiatora su yoxsa antifriz tökülməlidir?

Məlumdur ki, antifriz mənfi temperaturda daxiliyanma mühərriklərini, yanğına qarşı boru kəmərlərini soyutmaq, pəncərə və nəzarət şüşələrinin donması və tərləməsinin qarşısını almaq üçün işlədilən çətindonan mayedir. Antifriz spirt törəməsədir. Soyuducu sistem yay-qış  fərq etmədən suya nəzərən daha qoruyucu olan antifriz ilə doldurulmalıdır. Çünki qışda su donaraq genişləndiyi üçün sistemi partladır, yayda isə qaynayaraq mühərriki dağıdır.

Su tökdükdə qışda donma, yayda isə çox isinmədə problemlər yaradır və nəticədə motor sıradan çıxır. Həmçinin pas yaranır ki, tərkibində olan xırda qırıntılar sistemdə dolaşaraq bir müddət sonra tutulmaya səbəb olur. Antifriz isə korroziyanın qarşısını alır və tıxanma yaratmır.

Antifriz G11, G12 və G13 kimi 3 yerə bölünür. G11 tipli antifrizlərin 2 ildən bir, G12 isə 3 ya da 5 ildən bir dəyişmək lazımdır (G12 daha keyfiyyətlidir). Çünki antifrizin üzərində yazıldığı tarixdən etibarən 5 il ömrü olur. Daha sonra isə G12++ və G13 hazırlandı. Bunlar ekoloji təmiz olması ilə seçilir.

Su və antifrizin qarışdırılma nisbəti aşağıdakı cədvəldə göstərilmişdir:

Qorunma temperaturu

Antifriz (%)

Su (%)

-40

100

0

-35

90

10

-27

80

20

-22

70

30

-18

60

40

-13

50

50

-9

40

60

-6

35

65

-4

20

80

-2

10

90

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0