Avtomatik sürət qutusu ilə təchiz olunan avtomobillərə komfortlu olması səbəbindən sürücülər daha çox üstünlük verirlər.
Ona görə də son illər demək olar ki, bütün maşınlar avtomatik sürət qutusu ilə təchiz edilir. Müasir avtomat sürət qutularında yüksək performans göstərsin deyə ən son elektronik texnikalardan istifadə olunur. Bir çox sürücülər ona olan xidmətləri düzgün və zamanında etmədiklərinə görə hətta yeni avtomobildə qısa zamanda sürət qutusu sıradan çıxır. Bu səbəbdən bununla bağlı əvvəlcədən lazımi tədbirlər görmək bütün aspektlərdə faydalıdır.
Adətən ilk nasazlıq avtomat sürət qutusunda səs yada ötürmələrin gecikməsiylə başlayır. Daha ağır hallarda avtomatik karopka (sürət qutusu) tamamilə iş prinsipini dayandırır və avtomobil yerindən tərpənmir.
Bu kimi hallar nədən yaranır və bunların qarşısını necə almaq olar?
Avtomat sürət qutusunun yağını və filtrini hər 50.000 km bir mütləq dəyişdirmək lazımdır. Adətən sürücülər düşünür ki, yağı gec-gec dəyişsələr də olar. Mühərrikdən səs gələcək sonra isə dağılacaq. Sürücülər sürət qutusunun yağını görmədiklərinə görə ona diqqət etmirlər, amma əksəriyyət tez-tez mühərrik yağına baxır. Sürət qutusunun yağını gec ya da keyfiyyətsiz yağ ilə dəyişdiklərinə görə sürət qutusu tez sıradan çıxır.
Avtomat sürət qutusunun yağını hər 50.000 km-də keyfiyyətli yağ ilə dəyişdirmək şiddətlə tövsiyə edilir.
Avtomatik sürət qutusu mühərrikin dövrü ilə hərəkətə keçir. Yəni siz qaza basarkən avtomobil dövr edir və bu dövr sürət əmələ gətirir və sonra da ECU sürət qutusunun keçməsini tənzimləyir.
Avtomobil bir neçə saniyədə müəyyən sürəti yığa bilir. Sürət qutusunda ötürmənin nə zaman dəyişəcəyini və bunun hansı sürətdə və neçə saniyədə baş verəcəyini istehsalçı əvvəlcədən təyin edir, bunu da ECU-ya qeyd edir. Mühərrik boğularsa ya da hər hansı bir nasazlıq olarsa, ötürmə gecikəcək və siz avtomatik sürət qutusunda zərbə və səs eşidəcəksiniz.
Sürət qutusu aşağıdakı hallarda sıradan çıxır:
Adətən avtomobilin problemləri də qış aylarında üzə çıxır. Avtomobil istər yeni olsun, istər köhnə əgər havanın temperaturu 0 dərəcəyə yaxındırsa mühərrik işə salınandan sonra onun temperaturunun yüksəlməsini gözləmək lazımdır. Bunun səbəbi isə sürət qutusunun mühərrikdən daha gec qızmasıdır.
Düzgün istifadə etməyəndə - Avtomatik sürət qutusu nisbətən sakit istifadə üçün nəzərdə tutulur. Yəni avtomobili yüksək qazla, ani sürət endirilməsi və artırılması ilə idarə etmək olmaz. Sürət qutusunda yaranan problemlərin bir çoxu məhz bu cür yanlış istifadədən qaynaqlanır.
Yağı və filtri dəyişməyəndə - yağın verdiyi kilometraj, sürət qutusu istehsalçısının tövsiyə etdiyi interval və sürət qutusunun vəziyyəti nəzərə alınmalıdır.
Adətən bəzi sürücülər idarə etdikləri avtomobildə olan avtomatik sürət qutusunun onlara ömürlük xidmət edəcəyini düşünür. Bu, qətiyyən belə deyil. Sürət qutusunun 250-300 min km yürüş aralığında ilkin təmirə ehtiyacı yaranır. Bu göstərici isə həmin müddətə qədər düzgün xidmət göstərilən avtomobillərə şamil olunur.
Əlavə olaraq sizlər üçün SSRİ-də avtomat sürət qutusuna malik ilk avtomobili təqdim edirik. "ZİL-111" avtomat sürət qutusuna malik ilk sovet avtomobili kimi tarixə düşüb. İkipilləli transmissiyaya malik avtomobil 6 litrlik V8 mühərriklə təchiz edilmişdi. 1959-62-ci illərdə buraxılmış bu modelin maksimal sürəti 170 km/saata çatırdı. Sürət qutusu dəstəklə deyil, düymə ilə idarə olunurdu (müasir avtobuslardakı kimi).