Avtomobilin təmizliyi məsələsi insan sağlamlığından irəli gəlir. Bu məsələyə ciddi yanaşmaq lazımdır.
Xüsusilə də, bu mövzuda sərnişin daşıma ilə məşğul olan sürücülər, o cümlədən, taksi sürücüləri diqqətli olmalıdır. Virus, bakteriyaları tamamilə məhv etmək mümkün deyil. Ancaq insan sağlamlığı üçün müəyyən bir sahədə onları məhv etmək mümkündür. Əlbəttə ki, bu proses daimi və düzgün aparılmalıdır.
1.
Hər zaman kondisionerinizin polen filtrini yenisi ilə əvəz edin.
Kondisioner polen filtrini hər 3 aydan bir təmizləyin. Ən azı mövsümün əvvəlində.
Kondisioneri işə saldıqda, ilk beş dəqiqə ərzində pəncərələr açıq saxlayın. Kondisioner işə salındıqda buraxılan ilk hava ilə nəfəs almayın. Xüsusilə, uşaqların nəfəs almasına imkan verməyin.
2.
Xalça və oturacaqlar kimi parça materialları bakteriyaların yaşaması üçün çox əlverişli yerlərdir. Bu səbəblə bunlar həm evdə, həm də avtomobildə ən çox virus və bakteriya olan yerlərdir. Döşəmə və oturacaqları mütəmadi olaraq avtomobilinizdə yumağınız tövsiyə edilir.
3.
Əlimizlə nəqliyyat vasitəsindəki hər nöqtəyə toxunuruq. Qapı və qapı tutacaqları, sükan ən çox təmasda olduğumuz sahələrdir. Buna görə bu hissələr mütəmadi olaraq güclü dezinfeksiyaedici maddələrlə silinməlidir. Xüsusilə də, bu tədbir taksi sürücüləri üçün atılmalı zəruri addımdır.
4.
Əlcək qutusu zibilli qalmamalıdır. Bir çox sürücülər zibil, qida qablaşdırmaları və s. əzir və onları torpedaya sıxırlar. Bu kiçik, hava keçirməyən əlcək qutusunun bir bakteriya yuvasına dönməsinə səbəb olur. Buna görə əlcək qutusuna zibil toplamağı dayandırın. Buranı tez-tez təmizləyin.
Yuxarıda qeyd etdiyimiz sahələri mütəmadi olaraq təmizləmək vacibdir. Bunun üçün bəzi cihaz və materiallar tələb olunur. Avtomobilinizdəki bütün lazımsız əşyaları çıxarın. Zibili atın. Avtomobilinizin daxilini müxtəlif vasitələrlə silin. Avtomobili bütün qapılar açıq olmaqla bir neçə dəqiqə yaxşıca havalandırın. Həmçinin səyahət zamanı da arabir pəncərələri açmaq tövsiyə edilir.