Onların üslubu, filmlərdə çəkilişi və insanların bu gün də onların işləməsi üçün göstərdikləri səylər bu avtomobilləri çox dəyərli edir.
5 üstü açıq klassik maşın:
FORD THUNDERBIRD
1955-ci ildə ilk istehsalından bəri 4 milyondan çox satış edilib. ABŞ-da fərdi lüks avtomobil seqmentinin yaradılması Thunderbird-dən başladı.
SHELBY COBRA
1962-ci ildə istehsal olunmağa başlandıqda, dizaynı ilə yeni yollar açacağı bəlli idi. Böyük mühərrikin gücü, sürücü və ən çox bir sərnişini qəbul etməklə dövrünün ən təsirli avtomobillərindən biri olmağı bacarmışdı.
PONTIAC GTO
ABŞ-da yüksək performanslı avtomobillər üçün deyilən "muscle car" termini Pontiac ilə başladı. Pontiac, V8 mühərrik, qorxu yaradan mühərrik səsi ilə əsl əfsanədir.
BUICK SKYLARK-1953
General Motors tərəfindən 1953-cü ildə istehsala başlanan Buick Skylark dövrünün möhtəşəm dizaynı ilə diqqətləri özünə cəlb etmişdi. Həm sürücüyə, həm də sərnişinlərə xüsusi rahatlıq təqdim edir.
PORSCHE 550 SPYDER
Yarışlarda uğur qazanmaq üçün Alman istehsalçısı Porsche tərəfindən istehsal edilən Spyder, satışa çıxarıldığı zaman çox müsbət qarşılandı. Məşhur aktyor James Dean'ın öldüyü qəzada bu avtomobili idarə edirdi.