“Porsche” tarixi və modelləri

Emblemdəki qara at, Almaniyanın Stuttgart şəhərinin gerbindən, buynuz və qara-qırmızı xəttlər isə Württemberg’in gerbindən ilhamlanaraq logoya əlavə olunmuşdur.

Ferdinand Porşe (1875- 1951) məşhur və öz xüsusiliyi ilə seçilən Porsche şirkətinin banisi, XX əsrin ən məşhur avtomobilinin (“wolksvagen Juk”) yaradıcısıdır. Məktəbi bitirdikdən sonra 1889-cu ildə Porşe tənəkəçi olaraq işə düzəlir. Onu işə götürən ilk adam öz atası olmuşdu. Ferdinandın ikinci iş yeri elektrik mühərrikləri istehsal edən Vyana şirkəti olur. Texnik universitetinin tələbəsi Ferdinand Porşe bu şirkətdə süpürgəçi olaraq çalışırdı. Porşe ailəsində Ferdinand adına böyük rəğbət bəsləyirdilər. Dahi mühəndis Ferdinand Porşe öz oğlunun adını Ferdinand (Ferri) qoyur. Ferri atasının adı ilə birlikdə onun istedadının da varisi hesab edilir. O, bütün dünyada çox bacarıqlı avtomobil təchizatçısı kimi tanınır. Ata Ferdinand Porşenin qızı da öz oğlunu Ferdinand adlandırır. Uşağa atasının soyadı – Pix verilir. Ferdinand Pix uzun illər ərzində “Wolksvagen” şirkətinə başçılıq edib. 1900-cu ildə Ferdinand Porşe Lohner-Porsche adlı elektrik avtomobil yaradır. Paris avtosalonunda möcüzəvi avtomobil səs-küyə səbəb olur və sərginin ən yaxşı avtomobili elan olunur. Növbəti gün 25 yaşlı Ferdinand artıq məşhurlaşmışdı. Bu hadisələr baş verən zaman Ferdinand Porşe Loner şirkətinin əməkdaşı idi. Həmin ildə Ferdinand tamötürücülü elektrik yarış avtomobili yaradır və avtomobildə elektrik mühərrikə benzin də əlavə edir. Bu dünyada ilk hibrid mühərrik idi. Müasir dövrdə belə, hibridlərin nə qədər heyrətlə qarşılandığını nəzərə alsaq, dahi Porşenin öz dövrünü nə qədər qabaqladığı aydın görünür. 1906-cı ildə 31 yaşlı Porşe Austro-Daimler şirkətinin texniki direktoru olur. Lakin Ferdinandın həyatının əsl təyinatı yarış avtomobillərini icad və istehsal etmək idi.

por_2.jpg

1910-cu ildə Prusiya şahzadəsi Henrinin adını daşıyan yarışlarda Porşenin avtomobilləri rəqiblərinə heç bir fürsət buraxmayaraq ilk üç yeri qazanır. Avtomobillərin birinin sükanında Ferdinand özü əyləşmişdi. Porsche avtomobillərində işəsalma açarı sükandan sol tərəfdə yerləşir. Bunun səbəbi Porşenin yarışları sevməsindədir. Məşhur “24 saat Le-Mana” yarışlarında sürücülər ilk növbədə qaçıb avtomobillərinə çatmalı, daha sonra isə avtomobilə minərək sürməyə başlamalı idilər. Sürücünün avtomobilə doğru qaçmağına sərf etdiyi vaxt da nəzərə alınırdı. Porşe işəsalma açarını sükandan sol tərəfdə yerləşdirir və yarışların lideri olur.

por_3.jpg

1931-ci ildə Ferdinand Porşe Daimler şirkətindən çıxır və öz işini yaratmaq qərarına gəlir. Öz şirkətinə Ferdinand yetərincə təsiredici bir ad verir: “Avtomobillərin düzəldilməsi və mühərriklərin inkişafı üzrə təchizat və konsultasiya”. Bu şirkətin çox saylı sifarişçiləri var idi. Lakin Ferdinand öz ixtiralarına da vaxt ayıra bilirdi. Bu dövrdə və bu şirkətdə daha sonralar bütün dünyada şöhrət qazanan Porsche brendi yaradılır. 1934-cü ildə Porşe alman hökumətindən milli avtomobillərin yaradılmasına aid sifariş alır. 1935-ci ildə Porşe «Wolksvagen» adlı ilk prototiplərini təqdim edir. Bu prototiplərin üzərində mühəndis Ferdinand Porşe öz şəxsi qarajında çalışırdı. İlk dəfə əfsanəvi “Porsche 911” ictimaiyyətə 1963-cü ildə beynəlxalq avtomobil salonunda, lakin 901 rəqəm ilə təqdim olunmuşdu. Lakin daha sonra bu nömrənin altında ancaq Peugeot avtomobillərinin təqdim oluna biləcəyi məlum olur və Porsche avtomobilləri 911 nömrəsi altında təqdim olunur. Porsche-nin loqotipi 1952-ci ildə formalaşdırılıb.

50 il ərzində Posche avtomobilləri bütün dünyada müxtəlif kateqoriyalarda 28 000-dən çox qələbə qazanıblar. Posche–dən başqa dünyada heç bir avtomobil şirkəti bu qədər uğur qazanmayıb.

1948-ci ildə Porsche zavodunda 356 modeli yaradılır və rəsmi olaraq Porsche adını alan ilk avtomobil olmuşdu. Təxminən bir aydan sonra avtomobil yarışlarında birinci yeri tutur.

por_4.jpg

1953-cü ildə Paris avtosalonunda ilk dəfə “Porsche 550 Spyder” nümayiş olunur. Yüngül, yığcam, manevrli 4-güclü mühərrik ilə təchiz olunmuş avtomobillər demək olar ki, dərhal bütün dünyada məşhurlaşır. Porsche şirkəti ənənəvi olaraq bütün sahələrdə lider hesab olunur. Məsələn, ətraf mühitin qorunması, materialların təkrar emalı və s.  Hələ XX əsrin 70-ci illərində Ferri Porşe belə bir ifadə işlətmişdi: «Qiymətli dünya ehtiyatlarının istifadəsinə qarşı laqeyd olmaq olmaz. Onları bir dəfə istifadə edib, tullamaq israfçılıqdır. Ya texnikaların istifadə müddətlərini artırmaq lazımdır, ya da materialları bir neçə dəfə istifadə etmək üçün təkrar emaldan keçirtmək gərəkdir».

Şirkətdə əməkdaşların müəllif hüquqları və ideyaların qorunmasına da üstünlük verilir. Porsche şirkətinin bütün tarixi boyu milli və beynəlxalq səviyyədə olan patentlərə 3750 ərizə verilib və qəbul olunub.

 

por_5.jpg

“Porsche” markasını aşağıdakı müxtəlif modelləri istehsal edilmişdir:

Porsche 356 (1948–1965)

Porsche 550 (1953–1957)

Porsche 718 (1957–1962)

Porsche 904 (1963–1965)

Porsche 906 (1965–1966)

Porsche 911 (1963–present)

Porsche 912 (1965–1969, 1976)

Porsche 914 (1969–1976)

Porsche 924 (1976–1988)

Porsche 928 (1977–1995)

Porsche 930 (1974–1989)

Porsche 944 (1981–1991)

Porsche 959 (1986–1988, 1992–1993)

Porsche 968 (1992–1995)

Porsche Boxster (1996)

Porsche Cayenne (2002)

Porsche Carrera GT (2003–2007)

Porsche Cayman (2005)

Porsche Panamera (2009) ;

Porsche 918 Spyder (2013–2015)

Porsche Macan (2014)  ;

  Porsche Taycan (2019)

                                   

                            

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0