Elastik örtüyə malikdir və içərisi hava və ya başqa qazlarla doldurulur.
Təhlükəsizlik yastıqları avtomobil toqquşması zamanı zərbə riskinin minimum həddə olması üçün istifadə olunur. Təhlükəsizlik kəməri ilə birlikdə tətbiq olunmalıdır. İlk dəfə keçən əsrin 40-cı illərində təhlükəsizlik yastıqlarına oxşar təchizat təyyarələrdə istifadə olunurdu və ilk patentlər 50-ci illərdə tərtib edilmişdi.
John W. Hetrick adlı təqaüdçü bir mühəndis 1948-ci ildə bazar günü günortadan sonra ölkə tətilində həyat yoldaşı ilə qəza keçirdi. Hetrick qəzadan sonra evə qayıdanda dərhal işə başlayır. Təhlükəsizlik yastığı layihəsi meydana gəlir. 5 avqust 1952-ci ildə patent ala biləcək qədər işini davam etdirir, ancaq bir il layihəsini daha da təkmilləşdirmək üçün çalışır.
1953-cü ildə təhlükəsizlik yastığı layihəsi üçün patent aldı. Onun ABŞ-dakı patenti bu gün istifadə olunan bütün təhlükəsizlik yastıqlarının əsasını təşkil edir.
Amerika ixtiraçısı Allen Brid avtomobillərdə təhlükəsizlik yastığının əsas komponenti olan, toqquşmanı təyin edən diyircəkli datçiki yaratdı. O, öz ixtirasın 1967-ci ildə Chrysler şirkətinə təqdim etdi.
Hetrickin ixtirasından sonra GM, Ford və Mercedes kimi şirkətlər layihəyə çox maraq göstərdilər və layihəni inkişaf etdirdilər. Mercedes 1967-ci ildə nəqliyyat vasitələri üçün təhlükəsizlik yastıqları hazırlamağa başladı. 1960-cı illərdə nəqliyyat vasitələrinin sürətinin artması qəza ilə ölüm hallarını artırdı və təhlükəsizlik sistemləri 1969-cu ildə ABŞ-da bütün nəqliyyat vasitələri üçün məcburi hala gətirildi.
1973: Oldsmobile Toronado, sərnişin hava yastığı olan ilk avtomobil oldu.
1980: Mercedes - Benz, Almaniyada W126 High-End avtomobilni hava yastığı əlavə edilmiş versiyada yenidən təqdim etdi.
1980: Ford və Chrysler avtomobillərində təhlükəsizlik yastıqları istifadə etməyə başladı.
1995: Volvo, 850 modelində bir seçim olaraq yan təhlükəsizlik yastıqları və bədən yan qoruyucu yastıqları təqdim etdi.
1998: Dövrün ABŞ hökuməti bütün sərnişin avtomobillərində ön təhlükəsizlik yastıqlarını məcburi etdi.
2006: Honda motosikletlər üçün hava yastığı sistemləri təqdim etdi.