Bentley — bir İngilis lüks avtomobil istehsalçısıdır. Bentley, əvvəlcə, Birinci Dünya Müharibəsi illərində təyyarə mühərrikləri düzəltməklə öz markasını yaratdı.
Gerbdəki qanadların səbəbi budur. Loqotipin gümüşü rəngi intellektuallığı simvollaşdırır. Emblemin hər iki tərəfindəki qanadlarda fərqli sayda lələk var, bunlar markanın bütün tarixi boyu dəyişmişdir.
Bentley İngiltərədə 18 yanvar 1919-cu ildə Walter Owen Bentley tərəfindən yaradılmışdır. İlk avtomobili 1919-cu ildə London avtosalonunda "3L" indeksi altında debüt etdi. 3 litr həcmə malik dörd silindrli mühərriki olan bu avtomobil yüksək qiymətləndirilmişdi. Bentley bu avtomobilə 5 illik zəmanət verirdi ki, bu da o dövr üçün möhtəşəm bir göstərici idi. 1923-cü ildən başlayaraq Bentley avtomobilləri idman yarışlarında mütəmadi olaraq iştirak edirdi.
Marka avtomobilləri 1927-ci ildən 1930-cu ilədək dörd il dalbadal Le-Manda 24 saatlıq avtomobil yarışlarında qalib gəlmişlər.
1929-1933-cü illər sənaye böhranı Bentley şirkətinə də təsir etdi. 1931-ci ildə marka müflisləşdiyini elan etdi. Bundan sonra Rolls-Royce tərəfindən satın alındı. O vaxtdan bəri “Bentley” avtomobilləri “Rolls-Roys” avtomobillərinin əkizləridir. Onları bir-birindən yalnız emblemləri, radiatorlarının xarici görünüşü və bəzi detalları fərqləndirir, bu fərqlər “Bentley” modellərinə bir qədər idman görkəmi verir. 1998-ci ilə qədər eyni texniki heyət ilə bir-birlərinə olduqca bənzəyən modellər təqdim etmişdir. 1998-ci ildə Volkswagenə 430 Milyon Funta satıldı. Firmanın mərkəzi və zavodu Mançester yaxınlığındakı Çeşiredədir.
Aşağıda Bentley markasına məxsus olan əsas modellərin adları verilmişdir: