Hissələrdən ikisi ağ, ikisi isə mavi rəngdədir.
Bu dairə özü fırlanan təyyarə pəri (propeller) deməkdir. Ağ və mavi rənglər isə "BMW"ni istehsal edən zavodun yerləşdiyi Bavariyanın simvoludur. Loqonun üstündəki hərflər (B, M və W) Bayerische Motoren Werke AG ("Bavariya Mühərriklər Zavodu") qısaltmasıdır. Bu avtomobil markasının loqosunda təyyarə pərinin təsvirinin olması isə "BMW" nin ilk dəfə yalnız təyyarə mühərriklərinin istehsalı ilə məşğul olmasına görədir.
1929-cu ildə Berlində ilk BMW satış nöqtəsi işə düşdü və markanın ilk modeli 3/15 va ya Dixi olaraq bilinən avtomobil idi. Ancaq hekayənin əsl başlanğıc nöqtəsi 1916-cı ildir. Bavariya Təyyarə Zavodunun 7 Mart 1916-cı ildə qurulan Bayerische Flugzeug Werke (BFW) BMW'nin yaranma tarixi hesab olunur.
BMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib.
Yarandığı dövrdə təyyarə mühərrikləri və motosikletlər istehsal edən BMW Birinci Dünya Müharibəsindən sonra 5 il ərzində Almaniyaya təyyarə mühərrikləri istehsalına qadağa qoyuldu və bu müddətdə BMW loqosu ilə yük maşınları, qayıqlar və motosikl mühərrikləri istehsal edilirdi. BMW ilk avtomobili üçün qərar verdikdə vaxt və pula qənaət etmək üçün 1928-ci ildə Eisenach Nəqliyyat Zavodunu satın aldı. İndiyə qədər Austin lisenziyası ilə istehsal olunan avtomobilin şassisi və 15 HP gücünə sahib 749 cc dörd silindrli mühərrik olduğu kimi alındı, müasir polad kuzov isə BMW-nin imzasını daşıyır.
1922-ci ildə BMW Münhendə özünün bu günkü əsas binasını tikir (Hal-hazırda həmin bina şəhər Olimpiya Mərkəzi kimi də fəaliyyət göstərir). 1923-cü ildə Münhendə ilk BMW motosikletləri istehsal olunmağa başlayır.
BMW-nin ən ənənəvi dizayn elementlərindən olan böyrək şəkilli ön barmaqlığı istifadə edən 303, 1933-cü ildə yola çıxdı. Marka, 3/20, 20/15'in təkmilləşdirilmiş versiyası üzərində yerləşdirmək istədiyi bir avtomobildi inkişaf etdirmək qərarına gəldikdə ortaya çıxan 303, BMW'nin daha bir 6 silindrli ilki təqdim edildi.
17 dekabr 1939-cu ildə BMW yeni 335’ni Berlində iki variantda - dəyişdirilə bilən və kupe ilə təqdim etdi. Həm mütəxəssislər, həm də ictimaiyyət yaradılışını yüksək qiymətləndirdilər. Təəssüf ki, 335 bir ildən az davam etdi. Müharibə BMW-ni, əsasən, təyyarə mühərriklərinin istehsalına keçməyə məcbur etdi. Üstəlik, Almaniya hakimiyyəti maşınların fərdi şəxslərə satışına qadağa qoymuşdu.
BMW-nin idman imicinin formalaşmasında ilk və nüfuzlu modellərindən olan 328 1936-1939-cu illər arasında istehsal edilmişdir. BMW 326-nın 2.0 litr həcmli 6 silindrli mühərrikini əsaslı təmir edən mühəndislər daha yüksək sıxılma nisbəti, üç karbüratör, yarı sferik yanma kamerası və bitişik eksantrik ilə dövr üçün çox iddialı olan 80 HP gücünə sahib oldular. BMW'nin Eisenach zavodunda istehsal edilən 464 ədəd nadir kolleksiya avtomobili olan 328'də də dövrü üçün qeyri-adi olan sərbəst ön təkərlər və hidravlik əyləc sistemi vardı. 1948-ci ilin mart ayında müharibədən sonra ilk R24 motosikleti yaradıldı, müharibədən əvvəlki R32-in dəyişdirilmiş bir versiyası idi.
İkinci Dünya Müharibəsi əsnasında hərbi nəqliyyat vasitələrinə diqqət etməli olan BMW 1952-ci ildə müharibədən sonrakı ilk avtomobilini istehsal etdi. Markanın əsas məqsədi nisbətən yığcam avtomobil hazırlamaq idi və bununla bağlı 531 prototip hazırlanmışdı. 2 silindrli boxer tipli motosiklet mühərriki olan prototip kütləvi istehsala keçmədi. Qıvrım və zərif xətləri ilə avtomobil tarixində ən təsirli dizaynlardan biri olan BMW 501 "Barok Mələyi" olaraq təyin olundu. 1954-cü ildə təqdim edilən 502 modeli əslində 501-in daha güclü və dəbdəbəli versiyası idi. Mühərrikin digər bir xüsusiyyəti, yüngül metaldan hazırlanması idi. 1955-ci ildə yola çıxan Isetta, 501 və 502-dən fərqli olaraq, iki nəfərlik mikro avtomobil idi. Təxminən 160.000 avtomobil satılsa da, BMW-nin iqtisadi böhran yaşamasına mane olmadı.
1958-ci ildə Münhenə gələn Avstriya idxalatçısı Wolfgang Denzel, BMW şirkətinə kiçik bir kupe ideyasını təqdim etdi. İtalyan dizayner Giovanni Michelotti'nin təqdimatı BMW 600 üçün daha ənənəvi və məqbul bir model axtaran BMW rəhbərliyinə təsir etdi. BMW'nin müharibədən sonrakı dövrdə bahalı və lüks bir model ilə rəqabət etməsi, markanın satışlarına mənfi təsir göstərdi. BMW-nin rəqibi Daimler-Benz-ə satılması gündəmə gəldi. Lakin səhmdarların ümumi yığıncağında bu təklif rədd edildi.
1500 modeli 1962-ci il Frankfurt avtosalonunda təqdim edildi.
1971-ci ildə BMW Kredit GmbH-nin törəmə şirkəti yaradıldı, vəzifəsi həm şirkətin həm də çoxsaylı dilerlərin maliyyə əməliyyatlarını təmin etmək idi. Yeni şirkət, gələcəkdə BMW-nin uğurlarına böyük töhfə verən maliyyə və lizinq biznesinin təməlini qoydu. 70-ci illərdə şirkət BMW, 3, 5, 6, 7 seriyalı məşhur seriyalarının başladığı ilk modelləri yaratdı. 1972-ci ildə Almaniyadan kənarda ilk fabrik olan Cənubi Afrikada bir zavodda tikinti başladı və 18 may 1973-cü ildə şirkət rəsmi olaraq Münhendə yeni bir qərargah açdı. 1978-ci ildə Paris Avtomobil Sərgisində dünyaya "Layihə M1" və ya E26 təqdim edildi. İdmançılar M1-dən zövq alarkən, BMW adi müştərilərini də unutmadı. 1975-ci ildə istifadəyə verilmiş, 1.6 və 2 litrlik mühərrikləri olan ilk yeni "treshki" almanların zövqünə düşdü. Üç ildən sonra Münhen komandası, sinifinin və vaxtının lideri olan BMW 323i buraxdı.
1981-ci ildə BMW AG Yaponiyada şöbə qurdu. 26 Noyabr 1982, Münhendəki əsas istehsal yükünü azaltmaq üçün Regensburgda yeni bir fabrik inşa etmək qərara alındı. Zavod 1987-ci ildə açılmışdır.
1983-cü ildə Brabham BT 52 Formula 1 avtomobili ilə dünya çempionu oldu.
1987-ci ildə BMW mühərrik istehsalında öz təcrübəsini yenidən göstərmək imkanı qazandı: E32 kodlu 7 seriyasının 750i versiyasında İkinci Dünya Müharibəsindən sonra Almaniyada istehsal edilmiş ilk V12 mühərriki idi. Spartanburg (Cənubi Karolina) zavodu BMW Z3 Roadster istehsal etmək üçün xüsusi olaraq hazırlanmış və 1994-cü ildə açılmışdır. 90-cı illərin sonlarına yaxın BMW, 1999-cu ildə ilk SUV-i X5-i təqdim etdi. Tipi üçün qeyri-adi idman və dinamik sürücülük xüsusiyyətlərini təqdim edən, marka ənənələri ilə fərqlənməyən X5-in uğurundan sonra, BMW bu gün kompakt sinifdə X1-dən X6-a qədər kupe xarakterli beş fərqli X modelə sahibdir. Spartanburgda istehsal olunan Z3 bütün dünyaya ixrac edildi. 90-cı illərin sonlarında zavod genişləndi və indi burada BMW X3, X5, X6 kimi markalı modellər istehsal olunur.
BMW-nin məşhur modelləri (qədim dövrdən indiyə qədər):
3/15 DA-1 Dixi |
||
3/15 DA-2 |
||
3/20 |
||
303 |
||
309 |
||
315 |
||
319 |
||
320 |
||
321 |
||
326 |
||
327 |
||
328 |
||
501 |
||
502 |
||
New Six |
||
New Six |
||
E24 |
6 seriya |
|
E26 |
M1 |
|
E28 |
||
E30 |
||
E34 |
5 seriya |
|
E39 |
||
E46 |
||
E60 |
||
E63 |
||
E64 |
||
E70 |
X5 |
|
E81 |
||
E82 |
||
E87 |
||
E88 |
||
E90 |
||
E91 |
||
E92 |
||
E93 |
||
Model |
Model |
Motor həcmi |
Silindr sayı |
Güc |
Şəkil |
3,5 litr |
l6 |
204 kW (277 PS) |
|||
M535i |
3.5 litr |
l6 |
161 kW (219 PS) |
||
3.5 litr |
l6 |
210 kW (286 PS) to |
|||
3.5 litr |
R6 |
210 kW (286 PS) |
|||
2.3 litr |
l4 |
143 kW (195 PS) |
|||
3.6 litr |
l6 |
232 kW (315 PS) |
|||
3.8 litr |
l6 |
250 kW (340 PS) |
|||
3.0/3.2 litr |
l6 |
210 kW (286 PS) to |
|||
3.2 litr |
l6 |
236 kW (321 PS) |
|||
5.0 litr |
V8 |
294 kW (400 PS) |
|||
3.2/4.0 litr |
l6/V8 |
252 kW (343 PS) to |
|||
5.0 litr |
V10 |
373 kW (507 PS) |
|||
5.0 litr |
V10 |
373 kW (507 PS) |
|||
Z4 M Roadster |
3.2 litr |
l6 |
252 kW (343 PS) |
||
M3 |
4.0 litr |
V8 |
309 kW (420 PS) |
||
X5 M |
4.4 litr |
V8 |
408 kW (555 PS) |
||
X6 M |
4.4 litr |
V8 |
408 kW (555 PS) |